Accessibility links

Malena Mard: Müxtəlif səslərin eşidilməsi zəruridir


Malena Mard

Malena Mard

Avropa İttifaqı qanunvericiliyə düzəlişlərin edilməsinə baxmayaraq, Azərbaycanın vətəndaş cəmiyyəti ilə əməkdaşlıqda maraqlıdır. Bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Malena Mard Turan-ın bu yaxınlarda qəbul edilmiş qanunverici məhdudiyyətlərin Aİ layihələrinin Azərbaycanda reallaşmasına necə təsir göstərəcəyi barədə sualının cavabında bildirib.

“Bəli, biz bu dəyişikliklərdən xəbərdarıq. Lakin bir nəticəyə gəlməzdən öncə biz bu dəyişikliklərin praktikada necə tətbiq olunduğunu görməliyik. Hələlik heç bir dəyişiklik görmürük”, o bildirib.

“Aİ-nin bəzi partnyorlarının, məsələn, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun fəaliyyətinin dayandırılması fonunda əməkdaşlıq necə mümkündür”,- sualının cavabında M.Mard deyib ki, hazırda vətəndaş cəmiyyəti və dövlət strukturları ilə məsləhətləşmələr aparılır.

“Hər hansı məqbul həllin tapılması vacibdir və biz cəmiyyətdə dialoqun təşkili ilə bağlı Avropa Şurasının təşəbbüsünü dəstəkləyirik. Avropa İttifaqı və Azərbaycan üçün əməkdaşlığı davam etdirmək vacibdir və müxtəlif səslərin eşidilməsi zəruridir”, o vurğulayıb.

Bir qrup məhbusun bu yaxınlarda əfv edilməsi və böyük sayda siyasi məhbusun həbsxanalarda saxlanmasının qiymətləndirilməsi barədə xahişə cavab olaraq səfir deyib ki, Avropa İttifaqı bu aktı alqışlayır.

“Ümid edirik ki, bu proses davam edəcək. Hazırda Avropa insan hüquqları üzrə komissar Mujnieks Bakıdadır və bu, hakimiyyətlə dialoqun davam etdirilməsi üçün yaxşı imkandır. Tənqiddən qorxmaq lazım deyil, bunsuz dialoq mümkün deyil, əlbəttə ki, əgər bu dialoq səmimi və açıqdırsa”, M.Mard qeyd edib.

XS
SM
MD
LG