Accessibility links

Malinin paytaxtında elitar yarı-hərbi qüvvələrlə əsgərlər arasında silahlı qarşıdurma baş verib.

İlkin məlumata görə, əsgərlər şimalda yerləşən islamçı yaraqlılara qarşı Fransa qüvvələrinin rəhbərləyi ilə hücumların önündə getmək əmrinə etiraz edən yarı-hərbi qüvvələr Bamakonın qərbindəki düşərgəsində hücum edib.

“Qırmızı Beret” adlanan bu qüvvələr keçmiş prezident Amadou Toumani Toureyə sadiq qüvvələr kimi tanınır.

Bamakodakı hərbi mənbənin Amerikanın Səsinə verdiyi məlumata görə, bir “Qırmızı Beret”li münaqişədə həlak olub,altısı yaralanıb.

Şimalda isə əsgərlərin yaxınlığında kamikadze hücumu həyata keçirilib. Bu, Malidə keçən aydan Fransa qüvvələrinin başçılığı ilə həyata keçirilən hərbi əməliyyatlara qarşı ilk taktikadır.

Rəsmilər deyir ki, Qao şəhərində intiharcı motosikleti sürərək üzərindəki bombanı yoxlama məntəqəsinin yaxınlığında partlatması nəticəsində bir əsgər yaralanıb.
Fransa və Mali hərbi qüvvələri şimalda nəzarəti ələ keçirdiktən sonra son günlər islamçıların müvaqiməti ilə qarşılaşır.
XS
SM
MD
LG