Accessibility links

Artıq ikinci gündür Malinin şimal bölgəsindəki Qao şəhərində İslamçı üsyançılarla Mali və Fransa ordusu arasında gedən döyüşlərdə mülki vətəndaşlar da daxil edilməklə, 6 nəfər ölüb.

Mali rəsmiləri İslamçıların şəhərə şənbə günü hücum etdiyini və döyüşlərin bazar günü də davam etdiyini deyib. Ekstremistlərin şəhərdə qalıb-qalmadığı məlum deyil.

Fransa ordusu sülhməramlı əməliyyatları Afrika qoşunlarına təhvil verərək, Malini tərk etməyə hazırlaşır.

Fransa qoşunları keçən ildən bəri ölkənin şimal bölgəsini nəzarət altına alan və İslam qanunlarını tətbiq edən yaraqlıları ərazidən çıxarmaq üçün Mali ordusuna yardım edir.
XS
SM
MD
LG