Accessibility links

Malinin şimalında silahlı toqquşmalar baş qaldırıb


Mali, Fransa və Qərb Afrika hərbi qüvvələrinin İslamçı militanlara qarşı mübarizə apardığı Malinin şimalındakı Qao şəhərində silahlı toqquşmalar vüsət alıb.

Mali müdafiə nazirliyinin rəsmiləri deyirlər ki, militanların çərşənbə günü axşamdan Qao şəhərinin mərkəzinə başladıqları hücumdan sonra hərbi qüvvələr onları dəf etmək üçün hərəkətə keçiblər. Fransa xəbər agentliyinin məlumatına əsasən Qaonun məhkəmə binasını alov bürüyüb.

Mali müdafiə nazirliyinin sözcüsü leytenant polkovnik Diarran Kon Amerkanin Səsinə bildirib ki, Qao şəhərinə nəzarət əldədir ancaq təhlükəsizlik tam təmin olunmayıb.
Fransa və Mali hərbi qüvvələri Qao və Malinin başqa şimal qəsəbələrini yanvar ayında militanlardan azad etmişdilər.

Həmçinin şahidlərə istinadən Kidalın şimal qəsəbəsi yaxınlığında avtomobilə doldurulmuş bombanın partlaması nəticəsində iki nəfər yaralanıb. Sürücünün sağ qalıb-qalmadığı aydın deyil.

Assoşieyted Pressin başqa bir məlumatında deyilir ki, Malinin şimalında 10 militant Fransa hərbi qüvvələrinin yük avtomobilinə açtiqları raket atəşi nəticəsində öldürülüb. Xəbər agentliyi hadisənin Çərşənbə günü militanlara yönəlik hərbi əməliyyatlar zamanı cərəyan etdiyini deyir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG