Accessibility links

Malinin rəqib qüvvələrinin mövqeləri bombardman edilir


Fransanın döyüş təyyarələri üçüncü gündür Fransanin rəqib qüvvələrinin mövqelərini bombardman edir. Qonşu ölkələrin hərbi qüvvələrinin islamçı ekstremistlərə qarşı mübarizəyə qoşulacağı gözlənilir. Niger, Burkina-Faso və Seneqal Maliyə qüvvə göndərəcəklərinə söz verib.

Şahidlərin dediyinə görə, təyyarələr Gao şəhərini hədəf alıb. Dünən Fransa qüvvələri üsyançıları Konna şəhərindən çıxarıb.

Fransanın müdafiə naziri Jan İf Le Drian Konna döyüşlərində bir vertolyotun vurulub salındığını, pilotun həlak olduğunu bildirib.

Əl-Qaidə ilə əlaqəsi olan Ənsar Dine qrupu hava hücumlarına cavab olaraq Fransadan qisas alınacağı ilə hədələyir.

İslam qanunlarının tətbiqinə çalışan qrup ötən mart ayında ölkə prezidentinin devrilməsindən sonra Malinin şimal bölgəsinin nəzarətini ələ keçirib.

Malinin sabiq müstəmləkəçisi Fransa Maliyə hökumətin tələbi ilə qüvvə yerləşdiridiyini bəyan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG