Accessibility links

Əl-Qaida silahlı qruplaşma yüksək rütbəli komandirlərindən birinin həyatını itirdiyini təsdiqləyib.

Mavritaniyanın xəbər agentliyi ANİ bildirib ki, qrupun bəyanatında Əbdülhəmid Əbu Zeydin Malinin şimalında Fransa və Çad qüvvələri ilə döyüş zamanı həlak olduğu deyilir.

Bəyanatda həmçinin başqa bir Əl-Qaida lideri Abdullah Əl-Çinqittinin həlak olduğu da bildirilib.

Çad və Fransa qüvvələri Əbu Zeydin mart ayında həlak olduğunu bildirib. Ancaq onun ölümünü Əl-Qaida qrupu dünənə qədər təsdiqləməmişdi.

Əlcəzairdə anadan olan Əbu Zeydin Afrikanın Sahel regionunda avropalıların girov götürülməsindəki roluna görə tanınırdı. Onun 2009-cu ildə britaniyalı turist Edvin Dayerin qətlində və 2010-cu ildə Fransanın humanitar yardım təşkilatının işçisi Mişel Qermanın ölümündə əli olub.
XS
SM
MD
LG