Accessibility links

İslam ayələri səsləndirən 6 silahlının bu gün lüks mehmanxanaya girərək, girob götürdükləri 170 nəfərdən 27-nin öldürüldüyü, qalanlarının isə azad edildiyi bildirilir. Hücumun məsuliyyətini Əl-Qaidə ilə əlaqəsi olan cihadçı Əl-Murabitoun qrupu öz üzərinə götürüb.

Mali təhlükəsizlik qüvvələrinin girovları azad etmək üçün Radisson Blu mehmanxanasının hər mərtəbəsini axtardıqları deyilib. Təhlükəsizlik mənbələri Birləşmiş Ştatların xüsusi təyinatlı qüvvələrinin də əməliyyatda iştirak etdiyini bildirib.

Bundan əvvəl girovlardan 20 nəfərinin azad edildiyini və onlardan bəzilərinin təcili yardımla xəstəxanaya aparıldığını bildirilmışdı. İlkin məlumatlarda silahlıların Qurani-Kərimdən ayələr bilən girovları azad etdiyi deyilmişdi.

Məlumatda BMT və Mali hərbi qüvvələrin mehmanxananı mühasirəyə aldığını, mehmanxanaya gedən yolların bağlandığı, hökumət sakinlərin olduqları yerdə qalmalarını və mehmanxana mühasirədə olduğu müddətdə küçəyə çıxmamağı tövsiyə etmişdi.

Türkiyə Hava Yolları mehmanxanada 6 heyətinin olduğunu bildirilmişdi. Girovlar arasında Nigeriya, Çin və Fransa vətəndaşlarının da olduğu deyilmişdi.

Rəsmilərin dediyinə görə, silahlılar mehmanxana ərazisinə diplomatik nömrə nişanı olan avtomobillə girib.

XS
SM
MD
LG