Accessibility links

İslam Dövləti yaraqlıları olduğundan şübhələnilən qrup Malinin şimalında yerləşən Kidal şəhərindəki BMT sülhməramlılarının bazasına hücum edərək azı 2 nəfəri öldürüb, bir neçə digərini isə yaralayıb.

Bölgədən gələn məlumatda cümə günü Kidalda BMT sülhməramlı missiyasına qarşı silah və minomyot atəşi açıldığı bildirilir.

BMT misisyasının qvineyalı üzvü ölən sülhməramlıların qvineyalı olduğunu bildirib.

Hücum BMT sülhməramlıları və Mali qüvvələrinin Timbuktuda bir müddət naməlum şəxslər tərəfindən ələ keçirilən polis bazasını geri aldıqlarından bir həftə sonra baş verib.

Hücumun məsuliyyətini heç kəs üzərinə götürməyib.

BMT sülhməramlı missiyasını Maliyə 2003-cü ildə göndərib.

XS
SM
MD
LG