Accessibility links

Fransa hərbi hava qüvvələri Malidə üsyançıların mövqelərinə hücum edib



Fransa silahlı qüvvələri hərbi təyyarələrin Malinin şimal-şərqində yaraqlıların mövqelərini atəşə tutduğunu bildirib. Hücum Fransa prezidenti Fransua Hollandın Maliyə səfərindən bir gün sonra keçirilib.

Fransa silahlı qüvvələrinin rəsmiləri Əlcəzair sərhəddinə yaxın Kidal və Kessalit regionlarında gecə keçirilən hava reydlərinin üsyançıların təlim və maddi-texniki təchizat mərkəzlərini hədəf aldığını bildirib.

Şənbə günü Fransa prezidenti Fransua Holland Maliyə səfəri zamanı terrorizmin qarşısının kəsildiyi, lakin hələ də məğlub edilmədiyini deyib.

Malinin keçid dövrünün prezidenti Dionkonunda Traore ilə birgə dayanan Fransa prezidenti ölkəsinin Malidə hadisələrə müdaxilə etmək və Mali ordusuna islamçı yaraqlıların istinadgahlarından çıxarılmasında kömək etmək kimi bir vəzifəsi olduğunu deyib.
XS
SM
MD
LG