Accessibility links

Malidə iki islamçı lider ələ keçirilib



Malinin şimalında radikal Ənsar Din qurupunun başçısı daxil olmaqla, islamçıların iki lideri ələ keçirilib.

Tuareq seperatçı qurupu MNLA bildlirib ki, Məhəmməd Musa Əq Məhəmməd və Omeyni Ould Baba Əhmədi şənbə günü Malinin Ələzair sərhədi yaxınlığında həbs edilib.

Aq Məhəmməd Ənsar Din qurupunun üç əsas başçısından biridir və Timbuktu şəhərində sərt islam qanunlarının əməl olunmasına başçılıq edib.

Baba Əhmədin isə MUJAO kimi tanınan Qərbi Afrikada Birlik və Cihad Hərəkatı qurupunun üzvü olduğuna inanılır.

Fransa və Mali qüvvələri tərəfindən bölgədən çıxarılmazdan əvvəl İslam Məqribində Əl-Qaidə ilə bərabər bu iki qrup doqquz ay Malinin şimalında əsas şəhərlərə nəzarət edirdi.

Fransa hərbi təyyarələri islamçıların hədəflərinə hücumları davam etdrirərək, onların təchizat yolları və şimal-şərqdə təlim mərkəzlərini bombalayıb. Fransanın Xarici İşlər naziri Loren Fabius deyib ki, əsas məqsəd islamçıların uzun müddət Malinin şimalında qala bilməsinin qarşısı almaq üçün onların hərbi baza və depolarını məhv etməkdir.
XS
SM
MD
LG