Accessibility links

Malidə qarşıdurma 12 nəfərin ölümülə nəticələnib


FILE - A vehicle with United Nations peacekeepers is
FILE - A vehicle with United Nations peacekeepers is

Mali hərbi qüvvələrinin əsgərləri ölkənin mərkəzi bölgəsində yerləşən Sevare şəhərində mehmanxanada reyd keçirərərək dörd girovu azad edib və islamçı yaraqlılarla qarşıdurmaya son qoyub.Əməliyyat nəticəsində 12 nəfər ölüb.

Müdafiə nazirliyinin rəsmiləri azad edilmiş gorivların milliyyəti haqda məlumat verməyib. Ordunun əməliyyatına Fransa əsgərlərinin dəstək verdiyi bildirilir.

Cihadçılar Bamakodan 375 km. məsafədə yerləən Sevaredə Biblos mehmanxanasına cümə günü hücum emişdi. Yaraqlılar BMT-nin işçisi və Mali ordusunun beş əsgərini öldürərək, beş nəfəri girov götürmüşdü. Beş yaraqlının da əməliyyat nəticəsində öldüyü deyilir.

Rəsmilər bildirib ki, mehmanxanda daha üç adamın cəsədi tapılıb, lakin ölənlərin şəxsiyyəti müəyyən edilməyib.

Qardşıdurma bir gün davam edib. Fransa xəbər agentliyi bir mənbədən gələn məlumata görə, binada Rusiyadan olan bir nəfər Mali ordusuna qarşıdurma zamanı mühüm məlumat ötürə bilib.

Mehmanxanada BMT işçiləri ilə yanaşı, Fransa, Cənubi Afrika, Rusiya və Ukraynadan qonaqlar olub.

Hücum BMT-nin sülhümühafizə qüvvələrinin mövcudluğuna baxmayaraq, Maliynin şimal və mərkəzi bölgələrində fəal olan islamçı qrupların yaratdığı təhlükənin miqyasını göstərir.

Fransanın başçılığı ilə hərbi qüvvələr Malidə islamçı qrupları hakimiyyətdən 2013-cü ildə salmışdı. Qrup 2012-ci ildə Bamakoda hərbi çevrilişdən sonra ölkənin şimalında hakimiyyəti ələ keçirmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG