Accessibility links

Bir şəxs intihara cəhd edərək özünə od vurub [Video]


Özünü yandırma
Özünü yandırma

Noyabrın 23-də Bakı metrosunun "Azadlıq prospekti” stansiyasının yaxınlığındakı bir bank filialının qarşısında Malik Hüseynov adlı orta yaşlı şəxs intihara cəhd edərək özünü yandırıb.

Hüseynovun köməyinə yığışan insanlar onu xilas etməyə çalışıb. Sonra Hüseynov Bakı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının təcili yardım avtomobili ilə Respublika Yanıq Mərkəzinə çatdırılıb.

​Respublika Yanıq Mərkəzindən Amerikanın Səsinə bildiriblər ki, Malik Hüseynovun vəziyyəti ağırdır.

“O tənəffüs yollarının və bədənin yuxarı ətrafının 3-cü, 4-cü dərəcəli yanığı diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib”, qəbul şöbəsindən deyiblər.

Malik Hüseynovun hansı səbəbdən intihar edərək özünü yandırması hələ bəlli deyil.

Xatırladaq ki, son zamanlar yerli media banklara kredit borcunu ödəyə bilməyən bir neçə insanın intihar etməsi ilə bağlı məlumatlar yayıb. Ancaq, bu məlumatların doğruluğu hələ məhkəmələr tərəfindən təsdiq olunmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG