Accessibility links

Malinin şimalında İslam dövlətinin yaradıldığı elan olundu


Tuareq üsyançıları və Malidəki İslamçı təriqət ölkənin şimalında müstəqil İslam dövləti qurduqlarını elan ediblər.

İttifaq tuareqlərə məxsus Azavadın Azadlığı üçün Milli Hərəkat və Əl-Qaida ilə əlaqəli ekstremist Ənsər Dine qrupundan ibarətdir.

Qruplar şimali Qao şəhərində bu barədə razılıq əldə etdiklərini deyirlər. Razılığa əsasən yenicə yaradılmış Azavad dövləti sərt Şəriət qanunları əsasında idarə olunacaq.

Malinin keçid hökuməti şimal vilayətlərindəki üsyançıların iddialarını rədd edir.

XS
SM
MD
LG