Accessibility links

Obamanın böyük qızı Maliya Harvard universitetində təhsil alacaq


ABŞ prezidenti Barak Obama ilə xanımı Mişel Obamanın böyük qızı Maliya məktəbi bitirib bir il fasilə götürdükdən sonra 2017-ci ildə prestijli Harvard iniversitetində təhsil alacaq.

"Prezident və xanım Obama bu gün qızları Maliyanın 2021 Sinfinin üzvü kimi 2017-ci ilin payızında Harvard universitetində təhsil alacağını bildirib. Maliya məktəbi bitirdikdən sonra bir fasilə götürəcək"-deyə Ağ Evin açıqladığı bəyanatda bildirilir.

Prezident Obama qızları Saşa (solda) və Maliya (sağda) ilə Ağ Evin bağçasında
Prezident Obama qızları Saşa (solda) və Maliya (sağda) ilə Ağ Evin bağçasında

17 yaşlı Maliya Vaşinqtonda özəl Sidwell Friends məktəbənin sonuncu sinfindədir. Onun 14 yaşlı bacısı Saşa isə məktəbin doqquzuncu sinfində oxuyur.

Ağ Evin Mətbuat Assosiasiyasının şam ziyafətində danışan Obama gələn il vəzifəsindən gekdikdən sonra ailəsi ilə Saşa məktəbi bitirənə qədər bir müddət Vaşinqtonda qalacağını deyib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG