Accessibility links

Maliyyə Naziri Yaponiyada hakim partiyaya rəhbər seçildi

  • Amerikanın səsi

Maliyyə Naziri Yaponiyada hakim partiyaya rəhbər seçildi

Maliyyə Naziri Yaponiyada hakim partiyaya rəhbər seçildi

Yaponiyanın hakim partiyası Maliyyə Naziri Yoşihiko Nodanı özünə yeni rəhbər seçib. Bu, o deməkdir ki, maliyyə baxımdan mühafizəkar təmayüllü siyasətçi Yaponiyanın baş naziri olacaq.

Noda Ticarət və Sənaye Naziri Banri Kayedanı Yaponiya Demokrat Partiyası daxilində keçirilən seçkilərdə məğlub edib. Parlamentin onu sabah baş nazir seçəcəyi gözlənilir.

İctimaiyyət qarşısında populyar sayılan sabiq Xarici İşlər Naziri Seyci Maehara seçkilərin birinci raundunda ən az səs aldığına görə yarışı tərk etməli oldu.

Baş nazir Naoto Kan bu ilin əvvəlində verdiyi vədə əməl edərək cümə günü istefa verdi.

XS
SM
MD
LG