Accessibility links

Beynəlxalq Valyuta Fondu Azərbaycanda məsləhətləşmə aparıb


امریکہ میں کئی شہروں میں جنگ مخالف مظاہرے کیے گئے۔ دارالحکومت واشنگٹن میں امریکی صدر کی سرکاری رہائش گاہ وائٹ ہاؤس کے سامنے احتجاج میں بڑی تعداد میں لوگ شریک ہوئے۔<br />
<br />
&nbsp;
امریکہ میں کئی شہروں میں جنگ مخالف مظاہرے کیے گئے۔ دارالحکومت واشنگٹن میں امریکی صدر کی سرکاری رہائش گاہ وائٹ ہاؤس کے سامنے احتجاج میں بڑی تعداد میں لوگ شریک ہوئے۔<br /> <br /> &nbsp;

Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb.

Fond ölkədə makroiqtisadi sabitliyi və maliyyə sabitliyini, iqtisadi və maliyyə böhranının mənfi nəticələrinin aradan qaldırılması üzrə hökumətin siyasətini və ehtiyaclarını öyrənib.

Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd Əl Qorçinin rəhbərlik etdiyi nümayəndə heyəti hökumət üzvləri, martın 3-də isə maliyyə naziri Samir Şərifovla görüşüb.

BVF nümayəndələrinə fiskal yığcamlaşdırma və pul-kredit siyasətinin sərtləşdirilməsi, habelə Azərbaycanın bank sektorunun sağlamlaşdırılması istiqamətində həyata keçirilməkdə olan tədbirlərə dair ətraflı məlumat verilib, deyə Maliyyə Nazirliyinin mətbuat xidməti bildirir.

BVF nümayəndəsi büdcə-vergi sahəsində həyata keçirilən iqtisadi islahatların, eləcə də ölkənin bank sektorunun ən qısa zamanda sağlamlaşdırılmasına yönələn addımların vacibliyini vurğulayıb.

Tərəflər pul-məzənnə siyasətinin təkmilləşdirilməsi üzrə Azərbaycan Mərkəzi Bankına və orta müddətli büdcə planlaşdırması və makro-fiskal çərçivənin formalaşdırılması üzrə Maliyyə Nazirliyinə texniki yardımla bağlı əməkdaşlıq perspektivlərini müzakirə edib.

BVF-nin məsləhətləşmələr missiyasının növbəti səfəri bu ilin noyabrında həyata keçiriləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG