Accessibility links

Azərbaycanda ilk publik hüquqi şəxs - Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb.

Prezident İlham Əliyevin fərmanına əsasən, yeni qurum qiymətli kağızlar bazarının, investisiya fondu, bank və sığorta fəaliyyəti sahələrinin, habelə ödəniş sistemlərinin fəaliyyətinin çevikliyini və şəffaflığı təmin etməlidir. O habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini təmin edəcək.

Əlbəttə, son məqsəd, sənədə əsasən, bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etməkdir.

Maliyyə Bazarlarına Nəzarət Palatasının təsisçisinin səlahiyyətləri dövlət başçısı tərəfindən həyata keçiriləcək.

İşçi qrupunun rəhbəri Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı, üzvləri "Xalq Bank” ASC Müşahidə Şurasının sədri Asim Məmmədov, "Kapital Bank” ASC Müşahidə Şurasının sədri Cəlal Qasımov, "Unibank” ASC İdarə Heyətinin sədri Faiq Hüseynov, Dövlət Neft Fondunun investisiya departamentinin direktoru Rövşən Cavadov, Maliyyə Nazirliyinin maliyyə və sığorta bazarlarının tənzimlənməsi şöbəsində sektor müdiri Zəka Mirzəyevdir.

XS
SM
MD
LG