Accessibility links

Azərbaycan Maliyyə Sabitliyi Şurası yaradılıb (Yenilənib-ekspert rəyləri)


Pul və vaxt
Pul və vaxt

Prezident İlham Əliyev Azərbaycanın Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında fərman imzalayıb. Şuraya baş nazir Artur Rasizadə sədrlik edəcək, üzvlər isə hökumətin maliyyə qurumların rəhbərləri və iqtisadiyyat naziridir.

Fərmanda deyilir ki, dünyada cərəyan edən iqtisadi proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəyə təsirini minimuma endirmək məqsədi ilə iqtisadiyyatın mövcud vəziyyətinin dərin təhlili və ölkədə müəyyən olunmuş iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi qarşıda duran əsas prioritet vəzifələrdir.

Şuraya tapşırılıb ki, bir ay müddətində ölkədə maliyyə-kredit sektorunun mövcud vəziyyətini təhlil etsin, habelə qanunvericilik bazasının ekspertizasını həyata keçirsin, maliyyə sabitliyinin tənzimlənməsi sahəsində qabaqcıl beynəlxalq prinsip və standartlar əsas götürülməklə gələcəkdə yarana biləcək təhdidlərin qarşısının alınması, makroiqtisadi sabitliyin, maliyyə dayanıqlığının təmin edilməsi ilə bağlı baxışa, orta perspektivdə atılacaq addımlara və icra mexanizmlərinə dair təkliflərini hazırlayıb prezidentə təqdim etsin, makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirsin.

Öz növbəsində müstəqil ekspertlər Maliyyə Sabitliyi Şurasının effektli işləyəcəyinə inanmır.

Analitik Samir Əliyev Amerikanın Səsinə bildirib ki, Şuraya hökumətin maliyyə-iqtisadi blokunun nümayəndələri daxil olub. Bu mənada Şura Nazirlər Kabinetinə paralel struktura çevrilir.

Eyni zamanda ekspert qeyd edib ki, ehtimal ki, Şura dövlət qurumları arasında koordinasiyanın təmin olunmasına yönəlib. Belə ki, son vaxtlar bu, müşahidə edilmirdi. Bu, özünü Mərkəzi Bank, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatasının mövqelərinin ayrı olmasında özünü göstərib.

Belə ki, Mərkəzi Bank inflyasiyanın artmasından ehtiyatlanaraq manatla kreditləşmənin məhdudlaşdırılmasına çalışır ki, bu da sahibkarlığa, iqtisadi artım və büdcə gəlirlərinə yardım göstərməyə çalışan İqtisadiyyat və Maliyə Nazirliyinin mövqeyinə ziddir.

Lakin S.Əliyevin fikrincə, Azərbaycan iqtisadiyyatının problemləri təkcə maliyyə sabitliyinə nail olunması ilə kifayətlənmir.

Struktur və institusional islahatlar, mənzil-kommunal təsərrüfatında islahatlar, rəqabət mühitinin yaradılması və s. vacibdir.

REAL Hərəkatının icraçı katibi, iqtisadçı-ekspert Natiq Cəfərli də Maliyyə Sabitliyi Şurasının işləməyə qadir olmasına şübhə ilə yanaşır.

O, bildirib ki, Şuraya ölkənin maliyyə sistemini hazırki vəziyyətə gətirən şəxslər daxil olublar. Odur ki, bu cür məsləhətçi strukturu qeyri-hökumət sektorunun nümayəndələrindən yaratmaq lazımdır ki, müstəqil araşdırmalar aparılsın və alternativ yollar təklif edilsin.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG