Malta rəsmiləri ölkənin beynəlxalq hava limanında kiçik təyyarənin havaya qalxan kimi qəzaya uğradığını və təyyarədə olan 5 nəfərın həlak olduğunu bildirib.
Şahidlərın dediyinə görə, bu gün səhər saat 7:20-də havaya qalxan iki mühərrikli Metrolayner anidən sağ tərəfə istiqamət alıb, sonra isə yerə dəyərək, yanmağa başlayıb.
Liviyanın Misurata şəhərinə getməli olan təyyarənin yanmış hissələrinin hava limanından kənara səpələndiyi bildirilib.
Malta hava limanı təyyarənin qalıqlarının təmizlənməsi məqsədilə fəaliyyətini müvəqqəti dayandırıb.