Accessibility links

Malyariyanı diaqnostika edəcək mobil applikasiya [Video]


Malyariyanı diaqnostika edəcək mobil applikasiya
please wait

No media source currently available

0:00 0:02:25 0:00

Dünya səhiyyə təşkilatının xəbərinə görə 600 minə yaxın insan 2013-cü ildə malariyadan vəfat edib. Ağcaqanadın yaydığı bu xəstəlik dünyada ən ölümcül xəstəliklərdən biridir.

Bu fəlakətin üzücü cəhəti əsasən gənc uşaqların yoluxmasıdır.

Xəstəliyin erkən aşkar olunması uğurlu müalicə üçün vacibdir. Ancaq ilk simptomlar adi qrip xəstəliyi kimi göründüyündən mikrobioloq düzgün diaqnostika üçün xəstənin qan damlasına mikroskop altında baxmalıdır.

Britaniyalı alimlər Xrapid adlanan ağıllı telefon applikasiyası ixtira ediblər. Applikasiya telefonu 200 gücə sahip mikroskopa çevirərək qana bulaşmış parazit tək hüceyrəni tez müəyyən edir.

Applikasiyanı ixtira edən lanXen şirkətinin rəhbəri Jan Viri Babel deyir ki, bu həm ucuz həm də yerindəcə işləyir.

Jan Viri Babel: "Biz qan nümunəsinin yüksək keyfiyyətdə şəklini çəkirik. Qırmızı qan hüceyrələrini ağ qan hüceyrələrindən və trombositlərdən ayırırıq. Beləliklə biz hər bir qan hüceyrəsini fərdi şəkildə nəzərdən keçiririk."

Viry Babel deyir ki, applikasiya baha deyil və asanlıqla istifadə olunur, 98 faizə qədər dürüst nəticə göstərir. Yeganə tələb olunan avadanlıq isə adi laboratoriya qan şüşəsidir.

Jan Viri Babel: "Burda sadəcə bir düymə var - diaqnoz adlanır. Laboratoriya şüşəsinin üstünə qoyursan və qurumuş qanın üstünə qoyursan, sonra da diaqnoz düyməsini basırsan. O sizə hə ya yox deyir."

Tədqiqatçılar deyir ki, applikasiya yanvar və fevral ayında Tanzaniya, Benin və İndonesiyada sınaqdan keçirilərək mart ayının sonlarında satışa çıxarılacaq.

Onlar həmçinin applikasiyanı təkmilləşdirərək vərəm və maral gənəsi kimi başqa xəstəlikləri də müəyyən etməyi planlaşdırırlar.

XS
SM
MD
LG