Accessibility links

Orhan Pamuk və Elif Şəfəq Asiya ədəbiyyat mükafatına namizəd göstəriliblər


Orhan Pamuk

Orhan Pamuk


Bu il Man Asiya Ədəbiyyat mükafatına iki türk yazıçısı, Nobel mükafatı laureatı Orhan Pamuk və Türkiyənin ən çox oxunan qadın yazıçılarından biri olan Elif Şəfəq namizəd göstəriliblər. Asiyanın bu prestijli ədəbiyyat mükafatına namizəd göstərilən 15 yazıçı arasında Pamuk yeganə Nobel mükafatı laureatıdır.

Elif Shafak

Elif Shafak

2007-ci ildə təsis edilmiş Man Asiya Ədəbiyyat mükafatı Türkiyədən Yaponiyaya qədər Asiyanın müxtəlif ölkələrində əsərlərini ingilis dilində yazmış, ya da kitabları ingilis dilinə tərcümə edilmiş yazıçılara təqdim edilir. Bu il mükafata namizədlər doqquz ölkədə nəşr edilmiş 108 kitabın müəllifi arasından seçilib.


2006-cı ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş Orhan Pamuk 1983-cü ildə yazılan, lakin ingilis dilində ilk dəfə bu il çap olunan “Səssiz ev” romanına görə, Elif Şəfəq isə “İskəndər” romanına görə Asiya ədəbiyyat mükafatına namizəd göstəriliblər. Qərbin ədəbi dairələrinə 2006-cı il Nobel mükafatından əvvəl də tanış olan Orhan Pamuk müasir dövrün ən gözəl yazıçılarından biri hesab edilir. Səkkiz romanın müəllifi olan Elif Şəfəqin kitabları dünyanın 30 dilinə tərcümə edilib.

Man Asiya ədəbiyyat mükafatına layiq görülən yazıçı 30 min dollar, tərcüməçi isə 5 min dollar alır. Mükafatın qaliblərinin adları mart ayında açıqlanacaq.


Man Booker ədəbiyyat mükafatı Britaniyada 43 il bundan əvvəl təsis edilib.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG