Accessibility links

“Manatın məzənnəsinin zəiflədilməsi hazırkı iqtisadi konyunkturda anlaşılan deyil” (Təhlil)


 manat-dollar
manat-dollar

Martın 2-də Azərbaycan Mərkəzi Bankının (AMB) keçirdiyi hərraca Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 100 milyon ABŞ dolları məbləğində vəsait çıxarılıb və 23 banka satılıb.

Dövlət Neft Fondunun ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, il ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

Martın 2-də rəsmi məzənnə 1,5764 AZN/USD səviyyəsində müəyyənləşdirilib.

Report agentliyi bildirir ki, satışa 100 milyon dollar çıxarılsa da faktiki tələbat 200 milyon dollar olub.

Agentlik bildirir ki, bankların dollara olan tələbatının bu dərəcədə yüksək olması nəticəsində bugünkü hərracda məzənnə 1,5843 AZN/USD-yə yüksəlib.

Hərracda formalaşan məzənnə bu günə olan məzənnədən 0,5% artıqdır. Bu da AMB-nin son zamanlar +0,2%-li gündəlik məzənnə dəyişməsi siyasətindən imtina edərək marjanı 0,5%-ə artırması deməkdir. Maraqlıdır ki, bu günkü hərracda banklar təkliflərini maksimal məzənnə ilə irəli sürüblər.

Reportun analitik qrupu hesab edir ki, AMB-nin manatın məzənnəsini zəiflətməsi hazırkı iqtisadi konyunkturda anlaşılan deyil.

"Neftin qiymətinin artması və qonşu ölkələrin valyutaları, xüsusilə də rublun möhkəmlənməsi fonunda manatın məzənnəsinin azaldılmasının səbəbi aydın deyil. Bu günkü hərracın nəticələri sabah rəsmi məzənnənin 1,5843 AZN/USD-yə kimi yüksələcəyini göstərir".

Kommersiya banklarında nağd dolların satış məzənnəsi artıq 1,60 AZN/USD həddini üstələyib.

Öz növbəsində, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib ki, Azərbaycan Mərkəzi Bankının (AMB) üzən məzənnə rejiminə keçidi ilə bağlı qərarı özünü tam doğruldub.

"Hazırda Mərkəzi Bankın əsas vəzifəsi manatın məzənnəsinin kəskin dəyişməsinin qarşısını almaqdır".

Rüstəmovun fikrincə, AMB daxili bazarda valyuta intervensiyasını mövcud qrafik əsasında həyata keçirir.

"Bizim öz qrafikimiz var və bazara valyutanı bu qrafiklə çıxarırıq".

AMB sədri ölkədəki kommersiya banklarının cari tələbata uyğun həcmdə valyuta aldığını açıqlayıb.

"Banklarda aparılan sorğular onu göstərir ki, banklar demək olar ki, tələbatlarına uyğun valyuta əldə edir. Gördüyünüz kimi, burada başqa proses getmir. Bu gün də hərrac var və biz lazım olan qədər valyutanı hərraca çıxaracağıq. Onu da qeyd edim ki, AMB valyuta təchizatçısı deyil, requlyatordur. İşimiz manatın kəskin ucuzlaşmasının qarşısını almaqdır".

Bununla yanaşı ekspertlər baş bankirin açıqlamasının təzadlı olduğu fikrindədir.

İqtisadçı Natiq Cəfərli cənab Rüstəmovun dediyinin əksini düşünür.

"Birincisi, Azərbaycanda "üzən məzənnə" rejimi yoxdur. Bu rejimin iqtisadi institutları və göstəriciləri olmalıdır. Yəni valyuta birjası, qiymətli kağızlar bazarı, həm də ölkəyə valyuta gətirən yüzlərlə şirkət olmalıdır ki, onlar birjalarda qazandıqları valyutanı manata çevirib vergilərini ödəsinlər. Bununla manat güclənəcəkdi. Vergi dönəmi olmayanda, ixracat azaldıqda və idxal artdıqda dollara təlabat da artacaqdı. Bu, dəyişkən məzənnə kimi fəaliyyət göstərəcəkdi".

İqtisadçı misal olaraq Rusiyanın da "üzən məzənnə"yə keçdiyini göstərib.

"Düzdür, Rusiyada da müdaxilələr var. Amma "üzən məzənnə" kimi rubl ya möhkəmlənir, ya da ucuzlaşır. Bu dəyişkənliyi bazar tənzimləyir. Azərbaycanda isə "üzən məzənnə" rejimi yoxdur, hətta birinci devalvasiyadan sonra Elman Rüstəmov bildirmişdi ki, bu rejimə keçmək manatın kəskin dəyər itirməsinin, yaxud qazanmasının qarşısını almaq üçündür. Amma 10 ay sonra-dekabrda növbəti devalvasiya oldu. Bu amil ölkədə "üzən məzənnə" rejiminin olmadığını sübut edir. Nəhayət, Mərkəzi Bank tərəfindən valyuta məzənnələri inzibati qaydada tənzimlənir", o meydan.tv saytına bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG