Accessibility links

Qubad İbadoğlu: Manat sabitləşirmi?


İqtisad elmləri doktoru Qubad İbadoğlu manatın məzənnəsinin sabit qalacağı ilə balı siyası bəyanatları real saymır. Onun Facebook səhifəsində dərc etdiyi məqaləsini təqdim edirik:

Bu il üçün idxalın həcmini ötən ilin rəsmi səviyyəsinə bərabər götürəndə cari ildə onun reallaşması üçün hər ay orta hesabla 550 milyon dollar vəsait tələb olunacaq.

Azərbaycan Republikası Dövlət Neft Fondunun (ARDNF) 2016-cı ildə manatla öhdəlikləri dövlət büdcəsinə transfer artırıldıqdan sonra digər xərcləri ilə birlikdə 8 milyarda yaxınlaşıb. Belə olan halda ARDNF ay ərzndə valyuta bazarına orta hesabla 400 milyon dollar çıxara bilər. Bu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq üçün kifayət etməyəcək. Çünki, 2016-c il büdcəsinin beynəlxalq öhdəilkləri və dövlət borcuna xidmət xərcləri 1 ay ərzindən 150 milyon dollar məbləğində valyutaya tələbat yaradır. Bundan başqa ötən il yalnız sərbəst dönərli valyuta (SDV) ilə rəsmi olaraq bəyan edilən idxal əməliyyatları üzrə hesablaşmalar 6,5 milyard dollar təşkil edib. Baxmayaraq ki, bu hesablama yalnız rəsmi idxal göstəricilərinin bazasında aparılıb, gerçəklikdə isə cəmi idxal əməliyyatları rəsmi açıqlanan rəqəmdən 50 faizə qədər çox olur, yenə də bu il üçün idxalın həcmini ötən ilin rəsmi səviyyəsinə bərabər götürəndə cari ildə onun reallaşması üçün hər ay orta hesabla 550 milyon dollar vəsait tələb olunacaq.

Ölkədə sərbəst dönərli valyutaya olan orta aylıq tələbat ən azı 1 milyard dollar təşkil edəcək ki, bu da il ərzində valyuta bazarında təklifin ən azı 12 milyard dolları ötməsi deməkdir. Bunun da üçdə biri Dövlət Neft Fondu hesabına təmin olunarsa, yerdə qalan üçdə ikisi Mərkəzi Bankın hazırkı valyuta ehtiyatlarından 2 dəfə çox məbləğə tələbat yaradır.

Bununla yanaşı, hazırda bankların, dövlət və özəl şirkətlərin xarici banklar qarşısında öhdəlikləri 10 milyard dolları ötür və bu borclara xidmət xərcləri daxili bazarda mal və xidmətlərini manatla reallaşdıran təşkilatlarda dollara əlavə tələbat yaradır. Bundan əlavə, xarici investorların valyutaya ehtiyaclarını, vətəndaşların valyuta ilə əməliyyatlarını da nəzərə alanda ölkədə sərbəst dönərli valyutaya olan orta aylıq tələbat ən azı 1 milyard dollar təşkil edəcək ki, bu da il ərzində valyuta bazarında təklifin ən azı 12 milyard dolları ötməsi deməkdir. Bunun da üçdə biri Dövlət Neft Fondu hesabına təmin olunarsa, yerdə qalan üçdə ikisi Mərkəzi Bankın hazırkı valyuta ehtiyatlarından 2 dəfə çox məbləğə tələbat yaradır. Mərkəzi Bankla yanaşı bu yöndə olan xərcləri bölüşmək imkanı Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) olsa da, hazırda ARDNŞ-nin özünün valyuta ilə olan borclarını və öhdəliklərini qarşılamaq sahəsində çətinlikləri mövcuddur. Odur ki, yalnız Mərkəzi Bankın ehtiyatları və Dövlət Neft Fondunun daxili bazardakı təklifləri ilə valyuta bazarında tarazlığı qorumaq mümkün olmayacaq. Ona görə də "manatın başı üzrəində qara buludlar" qalmaqdadır və onun sabitləşməsi ilə bağlı son bəyanatar siyası məqsədlərə xidmət edir. İqtisadi gerçəklik isə narahatçılıq üçün ciddi əsaslar yaradır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG