Accessibility links

Qubad İbadoğlu: Manat yeni sınaq qarşısındadır


Qubad İbadoğlu (Foto Qubad İbadoğlunun Facebook səhifəsindən götürülüb)

Qubad İbadoğlu (Foto Qubad İbadoğlunun Facebook səhifəsindən götürülüb)

Böyük Britaniyada keçirilən referundum nəticəsində bu ölkənin Avropa Birliyini tərk etməsinə dair təklifin çoxluq tərəfindən dəstəklənməsi dünya bazarlarında yeni təlatümlər yaradıb.

Bu barədə iqtisad elmləri doktoru Qubad İbadoğlu facebook səhifəsində yazıb.

Onun yazdığına görə, məlum hadisədən sonra bir gündə dollara nəzərən ingilis funt sterlinqi 7,18 faiz, avro isə 2 faiz dəyər itirib, həmin gün brent markalı xam neftin qiyməti 2 dollara qədər və ya 3,83 faiz ucuzlaşıb.

“Eyni zamanda bu hadisədən sonra fond bazarlarında səhmlərin dəyərində də dəyiişikliklər müşahidə olunur. Belə ki, ABŞ iqtisadiyyatında əhəmiyət kəsb edən Dow Jones Sənaye və Standard and Poor 500 indeksləri dəyər qazanıb, Asiya iqtisadiyyatına təsiri olan NASDAQ və Nikkei indeksləri isə dəyər itirib. Bu dəyişikliklər Azərbaycan manatının dollara nəzərən məzənnəsinə təzyiqləri də artıracaq. Dünyada dolların mövqeyini möhkəmləndirən bu cür tendensiyalar, o cümlədən Türkiyə və Rusiya kimi inkişaf etməkdə olan ölkələrin milli valyutalarının məzənnəsinə də təsirsiz ötüşməyəcək”, o qeyd edib.

Rəsmi Bakı ekspertin şərhinə hələ münasibət bildirməyib.

XS
SM
MD
LG