Accessibility links

Valyuta bazarında tələb təklifdən 10 dəfə çox olub


Manat və dollar

Manat və dollar

Azərbaycan Mərkəzi Bankı (AMB) vasitəsilə avqustun 2-də keçirilən növbəti valyuta hərracında Dövlət Neft Fondunun satışa çıxardığı valyuta kütləsinin həcmi 50 mln. dollar təşkil edib. Halbuki, hərracda iştirak edən kommersiya banklarının faktiki tələbatı bundan təxminən 10 dəfə çox olub və 500 mln. dolları ötüb. Lakin yekunda yalnız 49,1 mln. dollar satılıb.

Report agentliyi bildirir ki, hərraca çıxarılan valyutanın hamısının satılmaması texniki səbəblərdən baş verib. Çünki, kommersiya bankları nağd valyuta bazarından hazırda 1 ABŞ dollarını 1,63 manata almağa razıdırlar. Hərracda isə məzənnənin avqustun 3-nə 1,5915 AZN/USD olması ehtimal edilir.

Qeyd edək ki, bugünkü valyuta hərracında alıcı qismində 29 kommersiya bankı iştirak edib və hərraca çıxarılan valyutanın 98,2%-i və ya 49,1 mln. dollar satılıb.

XS
SM
MD
LG