Accessibility links

Manat ucuzlaşmaqda davam edir


Dollar-manat
Dollar-manat

Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 11-də keçirdiyi hərracda manat 0,5% (0,0085 AZN) dəyərdən düşüb.

Mərkəzi Bankın məlumatına görə, hərracda manatın məzənnəsi 1,6867 manat səviyyəsində müəyyən edilib. Hərrac 1USD/1,6782AZN-dən başlayıb.

Ekspertlər proqnozlaşdırırlar ki, dolların məzənnəsinin artması davam edəcək və ilin sonunadək azı 1,80-1,85 manat olacaq.

Bu gün artıq bəzi kommersiya bankları isə bir dolları 1,73 manata alır və satış 1,74-dür.

Dolların bahalaşması və bəzi bankların satışa limit tətbiqi “qara bazarı” aktivləşdirib.

Amerikanın Səsinin müxbiri Bakı Dəmiryolu Vağzalının qarşısında dolların qeyri-leqal şəkildə alışı və satışının şahidi olub.“Qara bazar”da dollar 1,74-1,75 manata alınır.

Yerli medianın yazdığına görə, 10-dək bank dollar satışını dayandırıb, 11 bank isə limit qoyub - bir nəfərə 300-1000 dollar və ya avro.

XS
SM
MD
LG