Accessibility links

Suriyanın kürd partizan qüvvələri Manbic şəhərindən çıxıb. Bu qüvvələrin şəhərin 3 aylıq nəzarətindən sonra İŞİD-in əlindən alınmasında böyük rolu olub.

ABŞ rəsmiləri və Kürd Xalq Müdafiəsi Birləşməsi (YPG) cənub Rəqqa döyüşlərinə yardım edəcəyini bildirib.

YPG döyüşçülərinin şəhərdən çıxması Türkiyənin tələbini qane edib. Belə ki, bu birləşməni terror təşkilatı adalandıran Ankara onu PKK-ya əlavə hesab edir.

Ankaranı Suriyanın şimalında kürdlərin birləşməsi və onların Türkiyə ərazisində mübarizə aparan kürd üsyançılara dəstək olacağı qorxudur.

Ərəblərin çoxluq təşkil etdiyi Manbic 2014-cü ildən İŞİD-in nəzarətində olan Hələb vilayətində yerləşir.

Türkiyə şəhərə ərəblərin nəzarət etməli olduğunu deyir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Pakistana yola düşməzdən əvvəl deyib ki, o, Manbicin kürdlərin nəzarətində qalmaması üçün ABŞ-ın yaxşı plan hazırlayacağından əmin idi.

Türkiyə Suriyada İŞİD əleyhinə ayrı kampaniya aparır.

Kürdlərin Rəqqa əməliyyatlarına 2 həftə öncə start verilib.

XS
SM
MD
LG