Accessibility links

Nelson Mandela hələ də xəstəxanadadır


Cənubi Afrika Respubliaksının sabiq prezidenti Nelson Mandela hələ də xəstəxanadadır. Vəziyyəti ağır, lakin sabit olan 94 yaşlı Mandelaya ölkə prezidenti Ceykob Zuma baş çəkib. Prezident bəyanatında ölkəsi və beynəlxalq ictimaiyyəti Mandelaya göstərdikləri davamlı dəstəyə görə təşəkkür edib.

Ceykob Zuma həmvətənlərini iyul ayının 18-i, Nelson Mandellanın anadan olduğu gün 67 dəqiqəlik iməcilikdə iştirak etməyə çağırıb. 67 dəqiqə Mandelanın ictimai xidmətdə olduğu müddətin rəmzidir.

Eyni zamanda Nelson Mandelanın həyat yoldaşı Qrasa Maşel sabiq prezidentin bəzən narahat olduğunu, nadir hallarda ağrı çəkdiyini, lakin ümumilikdə vəziyyətinin normal olduğunu deyib. O, bu açıqlamanı Nelson Mandela Uşaq Xəstəxanasının vəsait toplanışı tədbirində verib.

Nelson Mandela tənəffüs orqanlarında infeksiya diaqnozu ilə xəstəxanaya iyun ayının 8-də yerləşdirilib.

Cənubi Afrikada ağların hakimiyyətinə və irqi ayrı-seçkiliyə son qoyan Mandela 1993-cü ildə Nobel Sülh mükafatına layiq görülüb. Ömrünün 27 ilini həbsdə keçirən azadlıq mübarizi Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG