Accessibility links

Nelson Mandela ağ ciyər infeksiyasından müalicə edilir


Həkimlər Cənubi Afrikanın sabiq prezidenti Nelson Mandelanın ağ ciyər infeksiyasından müalicə edildiyini bildirib. Artıq 4 gündür xəstəxanada olan Mandelanın müalicəyə müsbət cavab verdiyi deyilir.

Cənubi Afrikanın prezidenti Ceykob Zuma sabiq dövlət başçısı Nelson Mandelanı xəstəxanada ziyarət edib. Prezident Nobel sülh mükafatı laureatına lazımi qayğı göstərildiyini bildirib.

Son illər Mandela ictimaiyyət arasına çox az çıxırdı. Fevral ayında o, qarın nahiyəsindəki ağrılarla xəstəxanaya aparılmışdı.

Nelson Mandela 1994-cü ildə Cənubi Afrikanın ilk qaradərili prezidenti olmuşdu. Prezident olana qədər apartheid əleyhinə mübarizə aparan Mandela on illərlə həbsdə qalmışdı.
XS
SM
MD
LG