Accessibility links

Bu gün Cənubi Afrika Respublikasının sabiq prezidenti Nelson Mandelanın xatirəsi anılır.

Cənubi Afrika prezidenti Ceykon Zuma Yohannesburq kilsəsində Allaha onlara Mandela kimi bir şəxsiyyət qismət etdiyinə görə təşəkkürünü bildirib. Mandelanın sabiq xanımı Uinni Mandikizela-Mandela nəvələri ilə bərabər ailə mərasiminə qatılıb.

ABŞ prezidenti Barak Obama və BMT-nin baş katibi Ban Gi Mun çərşənbə günü Yohannesburqda təşkil ediləcək mərasimdə iştirak etməlidir.

Yohannesburqun Futbol City stadionunda da mərasim olacaq. ABŞ-ın sabiq prezidentləri Bill Klinton və Corc Buş da anım mərasimlərinə qatılacaq.

Dekabr ayının 15-də keçiriləcək dəfn mərasimində 9 mindən artıq insanın iştirak edəcəyi gözlənilir.
XS
SM
MD
LG