Accessibility links

ABŞ-ın hava zərbələrinin hədəf aldığı Taliban lideri Molla Əxtar Mənsurun öldürüldüyü güman edilir.

ABŞ rəsmisi Reuters xəbər agentliyinə Mənsur və bir neçə digər yaraqlının dron hücumları zamanı öldürüldüyünün ehtimal edildiyini bildirib.

Pentagon sözçüsü Peter Kuk əldə edildiyi halda lavə məlumatla bölüşüləcəyini deyib.

Reuters hava hücumlarına ABŞ prezidenti Barak Obamanın sərəncam verdiyini bildirir.

Xəbərin internetdə yayılmasından sonra Taliban bəyanatla çıxış edərək Mənsurun öldürülməsini əsasız adlandırıb.

XS
SM
MD
LG