Accessibility links

Sabiq məhbus uşaqlara ivrit dilini öyrədir [Video]


Sabiq məhbus fələstinli uşaqlara ivrit öyrədir
please wait

No media source currently available

0:00 0:02:55 0:00
Israilin daha çox fələstinlini dustağı azad etməkdən boyun qaçırdığı, Fələstinin isə BMT-nin müstəqil dövlət kimi tanıması mücariətini davam etdirdiyi üçün Yaxın Şərq sülh danışıqları hədə altındadır. Lakin bir sabiq fələstinli məhbus iki xalq arasında sülhü başqa yolla bərqərar etmək istəyir. 20 ildən çox İsrail həbsxanasında yatan bu fələstinli hazırda İordan Çayının Qərb sahilindəki uşaqlara ivrit dilini öyrədir.

İsrailin 22 il həbs cəzasına məhkum etdiyi İsmət Mənsur Fələstinin Təybeh şəhərindəki məktəb şagirdlərinə ivrit dilinin üstünlüklərindən danışır. Mənsur keçən il Birləşmiş Ştatların vasitəçiliyi ilə vaxtından əvvəl azad edilən məhbuslardan biridir. 1993-cü ildə 16 yaşında ikən o, bir israillini öldürənlərə yardım etməkdə ittiham edilmişdi.

"Azad edildikdən sonra mən hadisənin baş verdiyi yerdən keçdim və o zaman anladım ki, artıq bütün baş verənləri arxada qoyub yeni həyata başlamalıyam. Mən uzun illər ağır həyat yaşamış azad bir insanam. Mən əzablı həyat yaşadım, lakin bu mənə Fələstinin gələcəyinə inam, ən əsası isə ədalətə inam yarardı." - deyə, Mənsur bildirir.

Mənsur uzun zamandır davam edən münaqişəyə son qoymaq üçün fələstinlilərlə israillilərin müzakirələr aparmalı olduqlarını deyir. Buna görə, fələstinlilərin İsrailin fikirlərini yaxşı anlamaları üçün onların dilini bilmələrinin vacib olduğunu deyir.

Mənsur heç bir zaman kimisə öldürməyəcəyini desə də, etdiyi əməlindən peşman olmadığını deyir. "Əsas zorakılıq torpaqların zəbt edilməsidir və bu bizi zorakılığa vadar edir. O zaman yerniyetmə ikən bu mənim inamım idi. Lakin indi mən bunu təkrar etmərəm."

İsraillilərin çoxu isə başqa cür düşünür, əsasən də bu zorakılıqların qurbanlarının ailə üzvləri. 1993-cü ildə qətlə yetirilən və qətldə Mənsurun əli olduğu İtzik Mizrahi Xaimin qardaşının 30 yaşı var idi. Mizrahi hökumətin fələstinli məhbusların azad edilməsi qərarına qarşı çıxanlardandır. "Hər dəfə məhbuslar azad ediləndə biz onların həyatlarına davam edəcəyini, yeni ev tikəcəklərini, maaş alacaqlarını, ailə quracaqlarını düşünürük. Lakin mənim qardaşım heç vaxt qayıtmayacaq, o heç zaman qızının böyuməsini görməyəcək. Onlar öz uşaqlarını böyüdə biləcək, mənim qardaşım isə yox."

Mənsur hazırda İordan Çayının Qərb Sahilindəki jurnalist qrupu ilə birgə israilin siyasətinə dair yeni veb səhifəsi təsis edir. O, həm də həftəlik radio proqramı hazırlamağı düşünür. Bu proqramda o, İsrailin iqtisadi məsələlərinin işıqlandırılacağını bildirir.
XS
SM
MD
LG