Accessibility links

Manuel Barrozu vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb


European Commission President Jose Manuel Barroso speaks during a news conference in Tbilisi, Georgia, June 12, 2014.
European Commission President Jose Manuel Barroso speaks during a news conference in Tbilisi, Georgia, June 12, 2014.

Bakıda səfərdə olan Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu iyunun 14-də Aİ-nin ofisində Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb. Görüş iştirakçılarından biri Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus Turan İnformasiya Agentliyinə bildirib ki, o, son vaxtlar Azərbaycanda hakimiyyətin opponentlərinə qarşı repressiyaları gücləndirməsi barədə Barrozuya məlumat verib. Bununla əlaqədar SDİ yanında Repressiyalara Müqavimət Mərkəzi (RMM) yaradılb. O, RMM-nin ilk müraciətini Barrozuya təqdim edib. “ABŞ və Aİ-nin diqqətini özünə cəlb edən Ukrayna hadisələri avtoritar Əliyev rejiminə ölkədə qalan müstəqil KİV, QHT və vətəndaş cəmiyyəti fəallarının tam məhvinə başlamasına imkan yaradıb” - müraciətdə deyilir.

RMM avtoritar Əliyev rejiminin siyasi repressiyalarının qurbanlarının dərhal azadlığa buraxılmasını, cinayət işlərinin saxtalaşdırılmasında və işğəncələrdə iştirak edən prokurorluq, DİN, MTN əməkdaşlarının cinayət məsuliyyətinə cəlb olunmasını, siyasi motivli hökmlər çıxaranların məhkəmə heyətindən kənarlaşdırılmasını tələb edir.
Digər iştirakçı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynov bildirib ki, fundamental azadlıqların, o cümlədən ifadə, mətbuat, toplaşma və birləşmə azadlıqlarının məhdudlaşdırlması məsələsini qaldırıb. Siyasi məhbuslar məsələsinə xüsusi diqqət ayrılıb. “Hesab edirik ki, ifadə azadlığı hüququndan istifadəyə görə həbs olunmuş ən azı 30 jurnalist, bloger, hüquq müdafiəçisi və müxalifət fəalları daxil olmaqla bütün “vicdan məhbusları” azad edilməli, tənqidçilərin və müxaliflərin həbsi üçün məhkəmələrdən istifadəyə son qoyulmalıdır”, - o bildirib.

E.Hüseynovun sözlərinə görə, Azərbaycanda ifadə azadlığına əlverişli şəraitin yaradılması üçün təcili və konkret addımlar atılmalıdır. Jurnalistlərə qarşı zorakılığa görə cəza verilməməsinin bütün formalarına son qoyulmalı, baş verən bütün zorakılıq halları lazımınca araşdırılmalı və cavabdeh şəxslər məsuliyyətə cəlb olunmalıdır. Məlumat azadlığı qanunvericiliyinə jurnalistlərin və media qurumlarının fəaliyyətini məhdudlaşdırmaq məqsədi ilə edilmiş reqressiv dəyişikliklər ləğv edilməlidir.

Sərbəst toplaşma, birləşmə və din azadlığı hüququna qanunvericilikdə və təcrübədə hörmətlə yanaşılmalıdır. Toplaşma azadlığı haqqında qanuna edilmiş və icazəsiz nümayişlərin təşkilatçıları və iştirakçıları üçün yüksək məbləğli cərimələr nəzərdə tutan sərt dəyişikliklər, QHT haqqında qanuna və digər qanunlara edilmiş və müstəqil QHT-lərin fəaliyyətini məhdudlaşdıran reqressiv dəyişikliklər ləğv edilməlidir.

İnsan hüquqları ilə bağlı əsas narahatlıq doğuran məsələlərin müzakirəsi üçün vətəndaş cəmiyyəti ilə dialoqa başlanmalıdır.

O qeyd edib ki, Barrozu fəalları diqqətlə dinləyib və deyib ki, Aİ və Azərbaycan arasında münasibətlər təkcə enerji sahəsi ilə məhdudlaşmır. Aİ qurumları demokratiya və insan hüquqları ilə bağlı vəziyyəti diqqətlə izləyəcəklər.

Barrozu şənbə günü axşam prezident İlham Əliyevlə növbəti görüşündə vətəndaş cəmiyyətində narahatlıq doğuran məsələləri qaldıracağını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG