Accessibility links

Rusiya KİV-nin verdiyi məlumata görə, rusiyalı iş adamı Boris Berezovski 68 yaşında dünyasını dəyişib. İş adamı Londondakı mənzillərindən birində ölü tapılıb. Hadisə London vaxtı ilə saat 11-də baş verib. Vəkil Aleksandr Dobrovinski Facebook səhifəsində Berezovskinin intihar etdiyini yazıb. «Birinci kanal»ın məlumatına görə bu həftə Berezvoskinin bir neçə dəfə ürəktutması baş verib.

Məlumatı Böyük Britaniya polisi təsdiq edərək mühacirətdə yaşayan və Kremlin tənqidçisi kimi tanınan rus maqnatın ölümünün araşdırıldığını bildirib. O, paytaxt Londondan 40 kilometr qərbdə Berkshire rayonunun Ascot kəndindəki mülkündə ölü tapılıb.

Polis açıqladığı bəyanatda hadisə ilə bağlı istintaq başladığını bildirib.

Amerikanın Səsinin Rus şöbəsinin məlumatı dəqiqləşdirmək üçün ilkin səyləri boşa çıxmışdı, belə ki, Boris Berezovskinin ofisinə və onun şəxsi telefonuna zəng vurulmasına baxmayaraq telefonlara heç kəs cavab verməmişdi.
XS
SM
MD
LG