Accessibility links

Leyla Yunus - “Maqnitski Siyahısı”nın Azərbaycan analoqu [Video-Fotoqalereya]


Leyla Yunus - “Maqnitski Siyaısı”nın Azərbaycan analoqu
please wait

No media source currently available

0:00 0:04:35 0:00

Leyla Yunus - “Maqnitski Siyaısı”nın Azərbaycan analoqu

Siyahıya ilk olaraq 6 hakimin adı daxil edilib. Leyla Yunusun Amerikanın Səsinə müsahibəsi.

Bu həftə Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimləri Elçin Kazımovun, Rəşid Hüseynovun, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cavid Hüseynovun, Novruz Kərimovun, Rauf Əliyevin, Azər Orucovun adlarının “Maqnitski siyahısı”na salınması üçün Amerika Konqresinə, Avropa Birliyinə və ATƏT Parlament Assambelyasına müraciət ediləcək. Bu barədə Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Bu hakimlər beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən vicdan və siyasi məhkum kimi tanınan NİDA Vətəndaş Hərəkatının 8 fəalını, REAL Hərəkatının lideri İlqar Məmmədovu, Müsavat Partiyası başqanın müavini Tofiq Yaqublunu, Müsavat başqanının müşaviri Yadigar Sadıqovu, jurnalistlər Pərviz Həşimlini, Hilal Məmmədovu, vətəndaş cəmiyyətinin fəalları Anar Məmmədlini, Bəşir Süleymanlını uzun müddətə həbsə məhkum ediblər.

Sənədi Leyla Yunusun təsis etdiyi “Repressiyalar Müqavimət” Hərəkatı hazırlayır və “Maqnitski Siyahısı”nın Azərbaycan analoqu” adlanır.

Yunusun sözlərinə görə iyunun 12-dək Azərbaycanda 130 siyasi məhbus, o cümlədən 41 vicdan məhbusu var.

Hərəkat hakimlərin siyahısını təqdim etdikdən sonra, iyulun sonunadək prokurorluq, polis və təhlükəsizlik orqanlarının əməkdaşlarının, avqustun sonunadək isə siyasi həbsləri sifariş edənlərin “Maqnitski Siyahısı”nı tərtib edərək ABŞ Konqresinə, Avropa Birliyinə, ATƏT Parlament Assambleyasına və digər beynəlxalq təşkilatlar təqdim edəcək.

“Siyahı qanundan, ədalətdən, vicdandan və allahdan kənarda olanları əhatə edəcək. Hər bir şəxs barədə ayrıca monitorinq aparılır və qanunvericiliyi pozması barədə konkret faktlar saytda yerləşdirilir. Artıq adları siyahıya salınmış 6 hakimin qanunvericiliyi pozması barədə monitorinqin nəticələri barədə saytda oxuya bilərsiniz”, o qeyd edib.

Leyla Yunus sifarişli həbslərdən danışarkən deyib ki, “təbii ki, heç kim İlham Əliyevə Fransaya gəlmə deməyəcək”.

“Əliyev iyunun 25-də Avropa Şurası Parlament Assambleyasında çıxışında Azərbaycanda siyasi məhbusun olmadığını deyəcək. Müstəqil məhkəmələrdən və qanunun aliliyindən danışacaq”, hüquq müdafiəçisi istehza ilə bildirib.

Onun sözlərinə görə, İlham Əliyev olmasa da baş prokuror Zakir Qaralovun adı bu siyahıda olacaq. Siyasi məhbusların işlərini Baş Prokurorluqda Eldar Əhmədovun rəhbərliyi altında olan bir qrup aparır. Sifarişçilər siyahısında Prezident Administrasiyasının və Ədliyyə Nazirliyinin də məsul əməkdaşları olacaq”, Yunuis deyib.

Hüquq müdafiəçisi həmçinin Baş Prokuror Zakir Qaralovun nə vaxt Almaniyaya viza aldığını bildiyini diqqətə çatdırıb. “Mən bu məsələni qaldırmışam, ona daha Almaniyaya viza verilməyəcək”, o bildirib.

L.Yunus artıq “Maqnitski Siyahısı” ilə bağlı Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu, Amerika Konqresmenləri, Senatorları, həmçinin beynəlxalq təşkilatlarda müzakirələr apardığını bildirib. “Azərbaycanda “Maqnitski Siyahısı” barədə ilk olaraq iyunun 11-də ABŞ Konqresinin Helsinki Komissiyasında Azərbaycanla bağlı keçirilən dinləmələrdə fikir səslənib. Bu həftənin sonunda Bakıda Amerika Senatorları və Helsinki Komissiyasının üzvləri ilə görüşümdə bu məsələni bir daha onların diqqətinə çatdıracam, siyahını onlara təqdim edəcəm”, hüquq müdafiəçisi qeyd edib.

Öz növbəsində Azərbaycan siyasi rəhbərliyi ölkədə siyasi məhbusların olmadığını, məhkəmələrin azad olduğunu bildirir. “Azərbaycanda siyasi məhbus yoxdur”, deyə prezident Əliyev dəfələrlə vurğulayıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG