Accessibility links

Ötən il dekabr ayında Şərqi Azərbaycan vilayəti və Ermənistan arasında əlaqələrin genişlənməsinə etiraz olaraq Marağa şəhərində keçirilən aksiyalarla bağlı həbslər davam edir.

İslam Respublikasının təhlükəsilik məmurları yanvarın 13-də tanınmış milli fəal Davud Əzimzadəni Marağa şəhərindəki evindən aparıblar.

Davud Əzimzadənin yaxınlarından biri onun indi İran polisinin həbsxanasında saxlandığı ilə bağlı Amerikanin Səsinə məlumat verib.

Ötən il dekabrın 27-də Marağanın Müsəlla meydanında keçirilən və bir çox azərbaycanlının qatıldığı etiraz aksiyası zamanı Davud Əzimzadə və azərbaycanlı din xadimi Əbdüləziz Əzimi-Qədim öz çıxışlarında İranın Ermənistana dəstək verməsinə etiraz etmişdilər.

Azərbaycan veb səhifələrinin yaydığı məlumata görə, etirazların keçirildiyi gün tutulan Höccətül-İslam Əzimi-Qədimin vəziyəti ilə bağlı dəqiq məlumat yoxdur. O, həbs edilkdikdən bir gün sonra ailəsinə zəng edib Təbriz şəhərində saxlandığını bildirsə də, 2 həftədən artıqdır yaxınları ilə təmas qurmayıb.
XS
SM
MD
LG