Accessibility links

Marağa zindanında 50 məhbus birgə aclıq aksiyasına başlayıb


Marağa həbsxanası

Marağa həbsxanası

Şərqi Azərbaycanın Marağa şəhərinin mərkəzi həbsxanasında qeyri-münasib şəraitə etiraz olaraq təxminən 50 məhbusun dekabrın 3-dən birgə aclıq aksiyasına başladığı bildirilir.

Azərbaycan veb səhifələrinin yaydığı məlumata istinadən, soyuqlar düşsə da Marağa zindanının qızdırıcı sistemi hələ işə başlamayıb, həsbxananın tibbi xidmət imkanları ilə bağlı şərait də olduqca qeyri-münasibdir.

Oyan News saytının yazdığına görə, ötən neçə həftə ərzində məhbuslar zindanın vəziyyəti ilə bağlı etirazlarını muxtəlif yollarla məsullara çatdırıblar. Həbsxana rəsmiləri isə məhbusların yazılı və şifahi etirazlarına cavab olaraq, qeyri-münasib vəziyyəti büdcə çatışmazlığı ilə izah ediblər.


Mehdi Kuxiyan

Mehdi Kuxiyan

Marağa zindanında həbs müddətini keçirməkdə olan milli fəal Mehdi Kuxiyan həmin problemlə bağlı zindan məsullarına məktub ünvanlayıb. Savalan Port veb səhifəsində dərc olunan açıq məktubda Mehdi Kuxiyan həmçinin tualetlərin bərbad vəziyyəti və dəri xəstəliklərinin yayılması təhlükəsini qeyd edib.
XS
SM
MD
LG