Accessibility links

İranda marağalıların etiraz səsi ətraf-mühitə zərər vuran kimyəvi zavodun bağlanması ilə nəticələndi


İranda marağalıların etiraz səsi ətraf-mühitə zərər vuran kimyəvi zavodun bağlanması ilə nəticələndi
İranda marağalıların etiraz səsi ətraf-mühitə zərər vuran kimyəvi zavodun bağlanması ilə nəticələndi

Marağanın “Kavə Soda" kimyəvi maddə zavodu zəhərli sularının təbiətə qarışması, İran-Azərbaycanlı fəalların və bölgə əhalisinin etirazlarına səbəb olmuşdu

Marağa və Binab mahallarının əhalisinin aylarla davam edən etiraz və müraciətlərindən sonra Marağanın “Kavə Soda" "karbonati sodium" (natrium karbonat) zavodu ya karxanası, bölgənin rəsmi idarələrinin əmrinə əsasən bağlandı. Bu xəbəri İranın rəsmi xəbər agentliyi İRNA yaydı.

Bu karxanadan çirkli suların çölə axması, İran-Azərbaycanlı fəalların və bölgə əhalisinin çoxunun etirazlarına səbəb olmuşdu. Onlar, aylarca veb sitələrdə yaydıqları xəbər və şəkillər vasitəsi ilə "xalqın canı təhlükədə" şüarı ilə çıxış edir, etirazlarını bildirirdilər amma onların etirazlarına və kampaniyasına kimsə əhəmmiyyət vermirdi.

İRNA, Binab şəhərinin valisinə istinadən bildirir ki, bu zavodun zəhərli sularının saxlandığı su anbarları, qaydalar əsasında inşa olmayıb və davamsızdır. Xəbərdə deyilir ki, zavod iş yerlərinin yaradılması naminə xalqın həyatını ətraf-mühiti, təhlükə qarşısında qoyur.

Binab valisinin sözlərinə əsasən, kimyəvi maddə istehsal edən zavoda, zəhərli suların təbiyyətə qarışmasının qarşısını almaq üçün bu suları saxlayan sədləri qaydalara uyğun olaraq bərkitməsi və zavodun zəhərli sularından təsir görmüş şəhər və kəndlərin əhalisinə, onların məruz qaldıqları zərər və ziyanı ödəməsi üçün 20 gün vaxt verilmişdi. Amma zavodun sahibləri, xalqın etirazlarına və rəsmi idarələrin xəbərdarlığına fikir verməyiblər.

Vali əlavə edir ki, zavodun zəhərli suları, 250 hektar bağı bağatı, 21 hektar çəmənliyi, 232 hektar əkin sahəsini, 285 su quyusunu, 3 mal-qara saxlanan binanı və 34 evi aradan aparıb.

O əlavə edib ki, zavodun suları yeraltı sulara da qarışıb. Marağanın "kavə soda" zavodu "kərbonati sodyom" (natrium karbonat )istihsal edir və onun zəhərli suları, yolu üzərindəki bağ bağata ziyan vurur və axırda Urmu gölünə tökülür.

Urmu gölünün qorunub saxlanması uğrunda fəaliyyət göstərən fəallar gölün suyunun çirklənməsinə qarşı kampaniya başladıb etirazlarını bildiriblər. Onlar rəsmi idarələrə də şikayətlər ediblər. Axırda, Marağa və Binab bölgələrində aparılan etiraz kampaniyaları nəticə verdi və Kavə Soda bağlandı.

XS
SM
MD
LG