Accessibility links

Marqo Robbin "Tarzan" filmində baş rolda çəkiləcək [fotoqalereya]


23 yaşlı avstraliyalı aktrisa Marqo Robbinin film çəkilişlərinin sayı “Wall Street Canavarı” filmindəki super ifasından sonra rekord vurub.

“Wall Street Canavarı” filmi Marqo Robbini böyük ekranda öncül aktrisa statusu almasına kömək edib.

Görünür, yeni “Suite francaise”, “Zakariah üçün Z ” və “Fokus” filmlərində baş rollarda çəkildikdən sonra lap yeni layihədə, böyük büdcəli “Tarzan” filmindəki Ceyn rolunu ifa etməzdən əvvəl Marqonun istirahətə ehtiyacı var.

Nikaraquada istirahət edən aktrisa pərəstişkarlarını intizarda qoymamaq üçün İnstaqramda da şəklini paylaşıb. Şəkildə Marqonun kişiləri heyran edən təbii gözəlliyi açıq-aşkar görünür.

İstirahətdə olan gözəl aktrisa İnstaqram səhifəsində nəhəng balıqla şəklini bölüşərək “Balıqlar bizim yeməyimiz deyil, dostlarımızdır! Yer Kürəsi gününüz mübarək!” sözlərini yazıb.

Amma Marqonun istirahətdə olarkən təbiətlə belə yaxınlığı lap yerinə düşüb. Belə ki, yeni “Tarzan” filminin çəkilişləri üçün Marqoya təbiətlə yaxından tanışlıq vacıbdır. Görünür aktrisanın istirahəti “həm ziyarət, həm ticarət” xarakteri daşıyır.
XS
SM
MD
LG