Accessibility links

Mariaçi musiqi janrı bütün Amerikaya yayılmaqdadır [Video]


Əsasən Texas ştatı olmaqla, ABŞ-ın Meksika ilə sərhəd bölgələrində bir əsrdən çoxdur ki, Mariaçi musiqisi populyardır. Lakin indi bu musiqi janrı demək olar ki, bütün Amerika boyu, eləcə də bəzi Avropa və Asiya ölkələrində sevilir.

Mariaçı meksikalı-amerikalıların çoxluq təşkil etdiyi San-Antonioda uzun zamandır populyardır. Burada təşkil olunmuş tədbirdə gənc ifaçılar arasında 12 yaşlı afrikalı-amerikalı Anani Rames də var. O, mariaçi musiqisini yerli radioda və Meksika restoranlarında eşidib və bu musiqi janrını sevib. “Mən çobanyastığı çiçəyindən və çobandan bəhs edən “Las Marqaritas” və “El-Pastor” mahnılarını çox sevirəm.”

Anani rançoda yaşadığı üçün kənd həyatı mövzusunda musiqini daha çox sevir və bəzən öz atları üçün mahnılar oxuyur. “Əslində siz onlarla əlaqə yarada bilərsiniz. Onlar sizin səsinizi eşidəndə ruhlanırlar.”

Ananinin anası Çikella deyir ki, əvvəllər onların qaradərili qohumları və dostları qızının belə mahnılar ifa etməsindən çaşqınlıq hissi keçirirdilər. “İlk reaksiya o idi ki, bu, bir hədiyyədir və öz mədəniyyətimiz və musiqimizdən qürur duymalıyıq. O, bu işi çox sevir.”

Konsertin təşkilatçısı Sintiya Munyoz Anani Ramesin mariaçi janrında müxtəlif mahnılar ifa etdiyini deyir. “Sən onun musiqiyə nə qədər bağlı olduğunu hiss edirsən. O, öz ifası ilə bütün icmaya bu musiqinin hamıya aid olduğunu nümayiş etdirir.”

Mariaçi mahnılarının ifaçılarından biri də Uilyam Karlton Ueyn Qalvesdir. O, özündə üç milləti, meksikalını, ingilisi və afro-amerikalını birləşdirdiyini deyir. Uilyam bunun özünü musiqidə göstərdiyini deyir. “Musiqi özündə çox şeyi birləşdirir. Mən musiqini dünyanın qaynayan qazanı hesab edirəm.”

Mariaçi konsertlərində ifaçılar gitara, skripka və nəfəs alətlərindən istifadə edərək ispan dilində sevgi nağılları danışır.

Skripka ifaçısı Martin Kantu Mariaçi –Azatlan qrupunda ifa edir. “Mən klassik musiqi təhsili alıram. Bundan əlavə mariaçi musiqisi, daha sonra isə pop-musiqisi ifa edirəm.

Texas ştatı ictimai məktəblərdə mariaçi musiqisinin tədrisinə böyük diqqət ayırıb ki, bu da ifaçılara erkən imkanın yaradılmasına yol açır.
XS
SM
MD
LG