Accessibility links

Vaşinqtonda marihuanadan istifadəyə içazə verilib [Video]


Vaşinqtonda marihuanadan istifadəyə içazə verilib
please wait

No media source currently available

0:00 0:02:43 0:00

Hazırda Vaşinqton mahalında 21 yaşından yuxarı şəxslərin marihuanadan şəxsi istifadəsi üçün qanun təsdiq edilib. İnsanlar bu narkotik maddənin az miqdarını paylaşmaq hüququna malikdir. Bundan əlavə şəhər sakinləri marihuananı özləri yetişdirə biləcək. Lakin ictimai yerlərdə marihuana çəkilməsi və onun satışı qadağandır. ABŞ Konqresi isə şəhər şurasının fevral ayında qəbul etdiyi bu qanunu maliyyələşdirilməsinə mane olmağa çalışır.

Marihuana toxumlarına növbələr rok konsertləri ilə müqayisə belə edilə bilməz. 47 ildir ki, marihuana çəkdiyini deyən Pat Tompson digərləri kimi buraya bir məqsədlə gəlib. “Çəkməy’ icazə aldıq, amma onu almaq mümkün deyil.”

Marihuananın qanuniləşdirilməsinə Adam İdingerin rəhbərlik etdiyi Kolumbiya mahalı DC-nin narkotik proqramı təşəbbüsü yol açıb.

Kampaniyanın üzvü Ponço Popkorn deyir ki, toxumların mübadiləsinin leqallaşdırılması insanlara marihuana yetişdirmək imkanı yarada bilər.“İnsanların narkotikləri qaçaqmalçılarından almalarını istəmirlər.Onda onlara özlərinin yetişdirməsinə imkan yaradılmalıdır. "

Lidio Arais özü çəkməsə də toxumlar gətirib. Ona bu toxumları Koloradoda qonaq olarkən dostu verib. Bu ştatda marihuna almaq qanunidir. “O, Vaşinqtonda marihuananın leqallaşağına ümid etdiyini deyərək, toxumları mənə verdi.”

5 il əvvəl xəstələr üçün marihuana icazəsi verilib. Ceyson Drohorn diabetlə mübarizə üçün marihuana çəkdiyini deyir. O, narkotikləri almaqdansa yetişdirməyin sərfəli olduğunu düşünür. “Problemləri həll etməsə də, heç olmasa bu xroniki xəstəliklə bağlı narahtlığı götürür.”

Toxumlartın mübadiləsini aparanların çoxu üzlərinin göstərilməsini istəmir. Lorens Tomas artır bir müddətdir ki, marihuana yetişdirdiyini deyir.“Bitkilər qayğı tələb edir. Əgər qayğıkeşsinizsə bu, çətin olmayacaq. Əks təqdirdə həm pulunuz, həm də vaxtınız hədər gedəcək.”

Narkotik siyasəti birliyinin siyasət meneceri Malik Burnetin dediyinə görə, toxum ticarəti uzun müddətdir gözlənilirdi.“Təbii ki, marihuana almaq istəyənlər üçün marketlər təsis edilməlidir. Amma hələlik əlimizdəki ilə qane oluruq.”

Bu ümidlərin Amerikanın bütün ştatlarında gerçəkləcəyi düşünülsə də, federal qanunlara görə marihuana hələ də qeyri-leqaldır.


Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG