Accessibility links

Litvinenkonun xanımı: Həyat yoldaşımın qətli Rusiya dövləti tərəfindən təşkil edilib


Marina Litvinenko
Marina Litvinenko

Rusiya kəşfiyyat opranlarının 2006-cı ildə Londonda zəhərləndirilmiş keçmiş casusu Aleksandr Litvinenkonun həyat yoldaşı deyib ki, bu yaxınlarda Britaniyada başa çatmış təhqiqat onun qətlinin arxasında Rusiya dövlətinin durduğunu müəyyən edib. Onun sözlərinə görə, çıxarılan nəticəyə əsasən Litvinenkonun Kremlin Rusiyada mütəşəkkil cinayətlə əlaqəsinə dair apardığı təhqiqat onun qətlə yetirilməsinə dair qərarın çıxarılmasında mühüm rol oynayıb.

Bazar ertəsi Amerikanın Səsində danışan Marina Litvinenko Britaniyanın Ali Məhkəməsinin təqaüdə çıxmış hakimi Robert Ouen tərəfindən aparılıb bu ilin yanvar ayında başa çatmış təhqiqatın əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, Ouen olduqca böyük bir iş görüb.

“Bu təhqiqatda təkcə Saşanın ölümü ilə bağlı faktlar araşdırılmayıb. Burada onun qətlinin Rusiya dövləti ilə bağlı olduğu aşkar edilib. Bu cinayəti Rusiya dövləti təşkil edib.”

Marina Litvinenko həyat yoldaşı Aleksandr Litvinenkonun qətli ilə əlaqədar Britaniyada aparılmış təhqat materiallarının təqdimatı mərasimində
Marina Litvinenko həyat yoldaşı Aleksandr Litvinenkonun qətli ilə əlaqədar Britaniyada aparılmış təhqat materiallarının təqdimatı mərasimində

Ouenin gəldiyi nəticə bu olub ki, Britaniya rəsmilərinin 2006-cı ildə Londonda mehmanxanada Aleksandr Litvinenkonun radioaktiv polonium-20 maddəsi ilə zəhərləndirilməsində ittiham etdiyi Andrey Luqovoy və Dmitri Kovtun Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin göstərişi ilə hərəkət edib. Hər iki şəxs Litvinenkonun qətlində əli olduğunu rədd edir.

“Bu təhqiqatda təkcə Saşanın ölümü ilə bağlı faktlar araşdırılmayıb. Burada onun qətlinin Rusiya dövləti ilə bağlı olduğu aşkar edilib"-Marina Litvinenko

Təqaüddə olan hakimin gəldiyi daha bir nəticə ondan ibarətdir ki, Litvinenkonun qətlinə belə görünür o zaman Federal Təhlükəsizlik Xidmətinin başçısı Nikolay Patruşev və prezident Vladimir Putin tərəfindən razılıq verilib.

Sovet dövrü Dövlət Təhlükəsizlik Komitəsi, daha sonra isə Federal Təhlükəsizlik Xidmətinin təcrübəli əməkdaşı olan Aleksandr Litvinenko Rusiya hökumətinin yüksək eşelonlarında korrupsiyanın əleyhinə çıxış edirdi. O həmçinin prezident Putin əleyhinə ittihamlarla çıxış edib. Litvinenko və onun ailəsinə Britaniyada sığınacaq verilmişdi.

Alexander Litvinenko (Foto 2002-ci ildə çəkilib)
Alexander Litvinenko (Foto 2002-ci ildə çəkilib)

Marina Litvinenko bildirib ki, onun həyat yoldaşının Kremllə Rusiya mafiyası arasında mümkün əlaqələrə dair təhqiqat onun qətlə yetirilməsi haqda qərarın verilməsi üçün səbəb ola bilərdi.

“Əlbəttə, Saşanın qətlə yetirilən zaman hansı məsələlərə toxunduğu, hansı səviyyədə nə öyrəndiyini bilmək çətindir. Lakin tamamilə aydındır ki, bu, onun Kremlin mütəşəkkil cinayətlə əlaqəyə dair təhqiqatı ilə əlaqədardır. Bu, çox mühüm təhqiqat idi”-deyə o bildirib.

London 2007-ci ildə Rusiya parlamentinin aşağı palatası Dumaya seçilmiş Loqovoy və iş adamı Kovtunun ekstradisiyasını tələb edib. Lakin Moskva bu addımı atmaqdan imtina edib. Rusiya konstitusiyası ölkə vətəndaşlarının xarici ölkələrdə məhkəmə qarşısında çıxarılması üçün ekstradisiyasına icazə vermir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG