Accessibility links

Nyu-Yorkun sabiq qubernatoru 82 yaşında vəfat edib


ABŞ prezidenti Barak Obama Nyu-Yok qubernatoru Mario Kuomonun vəfatından kədərləndiyini bildirərək onu tolerantlıq və ləyaqətin səsi adlandırıb.

Prezident və birinci xanım Mişel Obama digər çoxsaylı insana qoşularaq sabiq qubernatorun ailəsinə baş sağlığı diləyiblər.

Kuomo dünən 82 yaşında vəfat edib.

O, dünən səhhəti ilə bağlı problemlərə görə oğlunun ikinci inaqurasiya mərasiminə qatıla bilməyib.

Kuomo Nyu-York siyasətində 1983-cü ildən 1994-cü ilədək qubernator kimi böyük rol oynayıb.

O, demokrat partiyasının sabiq üzvü olaraq bir çox tədbirlərdə, eləcədə prezident seçkilərində gördüyü işlərlə yadda qalıb.

XS
SM
MD
LG