Accessibility links

Marixuanadan istifadə ölçüləri barədə debatlar keçirilir


Marixuana qanuniləşdiriləcəkmi?
please wait

No media source currently available

0:00 0:03:17 0:00
Kaliforniya ştatında tibbi marixuana 1996-ci ildən qanunidir. İndi kaliforniyalılar marixuanadan istifadə ölçüləri barədə debatlar keçirir.

Kaliforniyanın Oakland şəhərinin Harborsayd Səhiyyə Mərkəzi tibbi marixuanadan istifadə edilən ən böyük dispanserdir. Şəhər rəsmiləri tərəfindən dəstəklənən bu klinika ildə milyonlarla dollar vergi ödəyir. Bu mərkəz federal rəsmilərin bağlanma təhlükəsi ilə mübarizəyədə milyonlarla dollar məbləöində pul xərcləyib.

Mərkəzin həmtəsisçisi Stiv Deanjelo marixunanın ölkə boyu qanuniləşmə prosesinin artıq başladığını deyir.“Əsl sual bunun necə reallaşması, yeni sənayenin necə olması, onun necə idarə edilməsidir.”

Los Anjelesdə marixuana dispanserləri çoxalmaqdadır. Hətta onların tərəfdarları belə bəzi şeylərin nəzarətdən çıxdığından şikayətlənir. Ən adi başağrısı, yuxusuzluq üçün marixuana məsləhət görülür. Bu şəhərdə 1000, bəlkə də daha artıq tənzimlənməyən diaspanser fəaliyyət göstərir.

İctimai rəy sorğularına görə, kaliforniyalıların 70 faizi marixuananın tibbi məqsədlə istifadəsini dəstəkləyir. Bəziləri onun tamamilə qanunləşdirilməsinin tərəfdarıdır.

İndi məsələ Vaşinqton və Kolorado ştatlarında gündəmə çıxarılıb. Lakin federal qanunlara gözə marixuanadan istifadə yasaqdır.

İndiki maruxuana potentləşdirilib. Onun tərkibində daha çox fizioaktiv maddə var.Əvvəllər marixuananın tərkibində 3-5 faiz TDC olardı.İndi isə TDC 15-20 faizə yüksəlib.

Marixuananın qanuniləşdirilməsi və ya nə zaman qanuniləşdiriləcəyi sual doğurmur.

Məsələ müarixuanının necə qanuniləşdirilməsindədir.Bu sualın cavabı isə federal rəsmilərdədir.
XS
SM
MD
LG