Accessibility links

ABŞ-ın marixuana sənayesinin gələcəyi [Video]


Marixuanadan tibbi və əylənmə üçün istifadə artıq 28 ABŞ ştatında qanunidir. Bu ştatlardan dördü marixuanadan əyləncə üçün istifadəni ötən noyabr qanuniləşdirib. Marixuanaya dəstəklə birlikdə multi-milyard dollarlıq qanuni marixuana sənayesi də böyüyür. Marixuana bir çox ştatda qanuni olsa da, ABŞ-ın federal qanunlarına əsasən o, hələ də qeyri-qanunidir.

Marixuana sənayesi dəyişkəndir və bunun səbəblərindən biri də çox mürəkkəb nizamlama sistemidir. Ştat səviyyəsində marixuana qanuni, federal səviyyədə isə qeyri-qanunidir. Bundan əlavə isə bir çox ziddiyyətli qanunlar mövcuddur.

Los Ancelesdəki bu dispanserdən marixuana almaq yüksək keyfiyyətli şərab mağazasına getməyə bənzəyir. Vitrindəki bitkilərin üzərinə onların təsiri ilə bağlı məlumatlar yerləşdirirlib. Rəflərdə içərisinə marixuana qatılan yemək və hamam əşyaları yerləşdirilib. Məqsəd marixuanadan istifadəni adiləşdirmək və onunla bağlı stiqmanı aradan qaldırmaqdır.

2016-cı ildə qanuni marixuana biznesi 7 milyard dollara çatdı. Bu rəqəmin növbəti beş ildə 21 milyarda qədər artacağı gözlənilir. Lakin yeni Tramp administrasiyası bu inkişaf edən sənayedəki bəzi insanları narahat etməyə başlayır.

“Marixuana sənayesi dəyişkəndir və bunun səbəblərindən biri də çox mürəkkəb nizamlama sistemidir. Ştat səviyyəsində marixuana qanuni, federal səviyyədə isə qeyri-qanunidir. Bundan əlavə isə bir çox ziddiyyətli qanunlar mövcuddur,” MedMen-dən Daniel Yi deyir.

Amma federal rəsmilərin federal qanunu ştatlara tətbiq etməsi ilə ştat qanunu ləğv edilmir. Bu da çaşdırıcı bir vəziyyət yaradır. Nəticədə qanunun necə həyata keçirəcələyinə prezident qərar verir.

Obama administrasiyası hər ştata öz qanunlarını təbiq etməyə icazə vermişdi. Amma Tramp adminstrasiyasının yeni baş prokuroru Ceff Seşşions 2016-cı ildə Alabama senatoru olduğu dövrdə bunu demişdi:

Tibbi marixuana
Tibbi marixuana

“Yaxşı insanlar marixuana çəkmir.”

Lakin marixuana sənayesində bəziləri nikbindir. Onlardan biri dispanserlər idarə edən MedMendir.

“Əgər “hökümət insanların istəklərini yerinə yetir” nəzəriyyəsinə inanır və marixuana sənayesinin inkişaf etdiyini, qanun çərçivəsində fəaliyyət göstərdiyini nəzərə alırıqsa, gələcəklə bağlı nikbin olmalıyıq,” deyə Yi bildirir.

Konqres marixuanın artan popurlarlığına reaksiya göstərərək, ştat və federal qanunlar arasındakı boşluğu doldurmaq və marixuana sənayesini təbliğ etmək üçün ikipartiyalı Marixuana İşçi Qrupu yaradıb.

XS
SM
MD
LG