Accessibility links

ABŞ-ın baş sərhəd mühafizə idarəsinin rəhbəri istefa verib


ABŞ-ın Meksika və Kanada sərhədlərinin baş sərhəd mühafizə idarəsinin rəhbəri istefa verib.

ABŞ rəsmis və idarənin sabiq işçisi Mark Morqanın istefa verdiyini təsdiqləyib. Onun işi buraxmasına göstəriş verildiyi və ya bu, onun qərarı olduğu hələ bəlli deyil.

ABŞ rəsmisi qərar elan edilənədək adının gizli saxlanmasını istəyib. Sabiq rəsmi də kimliyinin açılanmamasını xahiş edib.

Morqanın vəzifəsini tərk etməsi prezident Trampın Meksika sərhədlərinə əlavə 5 min mühaifəçinin cəlb edilməsi sərəncamından sonraya təsadüf edir.

ABŞ prezidenti Donald Tramp dünən qeyri-qanuni mühacirətin qarşısını almaq məqsədilə ölkənin cənubunda Meksika ilə sərhəddə divarın inşasına dair iki sərəncam imzalayıb. Bununla Birləşmiş Ştatlara qaçqınların daxil olmasını məhdudlaşdırmaq və Amerikanın şəhərlərinin sənədləri olmayan miqrantlardan müdafiəsi nəzərdə tutulur.

Yeni prezident mühacirətlə bağlı sərəncamlara ABŞ sərhədlərinə nəzarət etmək məsuliyyətinə malik Daxili Təhlükəsizlik nazirliyini zaiyarət edən zaman imza atıb. Qarşıdan gələn günlərdə də Trampın buna əlavə olaraq bir sıra başqa ölçülər götürəcəyi bildirilir.

XS
SM
MD
LG