Accessibility links

Hollandiyada iqtidar partiyası səsvermədə qələbə qazandı


Hollandiyada keçirilən parlament seçkilərində baş nazir Mark Ruttenin mərkəz sağçı VVD (Azadlıq və Demokratiya Naminə Xalq Partiyası) partiyası 150 mandatdan 31-ni qazanaraq qalib gəlib.

Anti-İslam təmayüllü Geert Wildersin Azadlıq Partiyası rəy sorğularının proqnozlaşdırdığı nəticələr əldə edə bilməyib. Wildersin partiyası başqa iki partiya ilə ikinci yeri bölüşür. Bu üç partiyanın hər biri 19 mandat qazana bilər.

"Bu axşam Niderland - Brekzitin, Amerika seçkilərinin ardınca - səhv yönümlü populizmə "dayan" dedi," Rutte qələbə çıxışında bəyan edib.

Səsvermədə seçicilərin 81 faizi iştirak edib.

"Avropanın təmsil etdiyi bütün dəyərlər - azadlıq, demokratiya və insan haqları – İslamla uzlaşmır," deyə Geert Wilders bəyan edib.
"Avropanın təmsil etdiyi bütün dəyərlər - azadlıq, demokratiya və insan haqları – İslamla uzlaşmır," deyə Geert Wilders bəyan edib.

2012-ci ildə keçirilmiş bundan əvvəlki seçkidə seçicilərin 75 faizi iştirak etmişdi.

Reuters agentliyi xəbər verir ki, Ruttenin qələbəsindən sonra bütün Avropa boyunca, xüsusilə də seçkilərə hazırlaşan Fransa və Almaniyada ənənəvi partiyalar “rahat nəfəs ala biləcəklər”.

Seçkilər ərəfəsində populyarlığı yüksəlmiş Wilders İslam dininin Hollandiya dəyərlərinə zidd olduğunu və etiqadı müsəlman olan miqrantların ölkəyə gəlişinə məhdudiyyətləri təşviq edirdi. Əsasən sol-liberal təmayüllü Hollandiya seçiciləri arasında Wildersin mesajı rezonans doğurmağa başlayıb.

Ankara ilə söz müharibəsində Rutte kəskin mövqe tutaraq millətçi elektoratın da rəğbətini qazana bilib.

Reuters agentliyi bildirir ki, Türkiyə ilə diplomatik qarşıdurma baş nazir Ruttenin partiyasına gözlənilməz təkan verib.

Ankara ilə söz müharibəsində Rutte kəskin mövqe tutaraq millətçi elektoratın da rəğbətini qazana bilib.

Bundan əvvəlki təhlillər göstərirdi ki, Geert Wildersin partiyası seçkidə qələbə qazana bilər, lakin koalisiya hökuməti qurmaq imkanında olmayacaq.

Wilders bəyan etmişdi ki, hakimiyyətə gələrsə, Hollandiyanın Avropa İttifaqından çıxmasına nail olacaq, ölkəyə müsəlman miqrasiyasını dayandıracaq, məscidləri bağlayacaq və Quranı qadağan edəcək.

Hollandiya parlamentinin proporsional təmsilçilik sistemi belədir ki, ümumilikdə 15 siyasi partiya seçkidən qalib çıxa bilər. İndiki halda Ruttenin koalisiya hökuməti qurmasına aylarla vaxt lazım gələcəyi gözlənilir.

Belə görünür ki, üçüncü dəfə ardıcıl olaraq partiyamız Hollandiyanın ən iri partiyası olaraq qalacaq.
Mark Rutte

Rutte bu seçkini Avropa üçün “dörddə bir final” adlandırmışdı. Onun təbirincə, Fransa seçkisi yarımfinal, Almaniya seçkisi isə final olmalıdır.

Fransada ultra-sağçı Milli Cəbhənin lideri Marin Le Pen seçkinin ikinci turuna qatılacağına ümid edir.

Almaniyada isə ilk dəfə olaraq ultra-sağçı AFD milli parlamentə daxil ola bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG