Accessibility links

Facebook təsisçisi Mark Zukerberq şirkətin hissələrinin 99 faizini xeyriyyə məqsədilə ianə edir


Mark Zukerberq, Prisilla Çan və onların yeni anadan olmuş qızı Maks (foto Zukerberqin şəxsi Facebook səhifəsindən götürülüb)
Mark Zukerberq, Prisilla Çan və onların yeni anadan olmuş qızı Maks (foto Zukerberqin şəxsi Facebook səhifəsindən götürülüb)

Facebook sosial şəbəkəsinin təsisçisi və icraçı direktoru Mark Zukerberq şirkətin aksiya fondlarında bütün hissələrinin 99 faizini yaşadığı müddətdə xeyriyyə məqsədilə ianə edəcəyini bildirib.

Keçən həftə dünyaya gəlmiş qızı Maksa məktubunda Zukerberq gələcək nəsillər qarşısında mənəvi bocu olduğunu deyərək, daha gözəl dünya yaratmaq üçün yeni təşəbbüsündən danışıb.

Facebook təsisçisi yazıb ki, bu gün həyatın bütün sahələrində texnoloji inkişaf gələcək nəslin daha yaxşı həyat sürəcəyi deməkdir. Lakin yeni texnologiyalarla yanaşı, insanlar və icmalar arasında əlaqələrin gücləndirilməsi onun fikrincə, gələcək inkişafın əsasında durur.

"Biz bunun baş verməsi üçün öz öhdəmizə düşən işi görəcəyik, təkcə səni sevdiyimizə görə yox, həm də ona görə ki, gələcək nəslin bütün uşaqları qarşısında mənəvi məsuliyyət daşıyırıq"-Zukerberq məktubda yazıb.

Mark Zukerberq bugünkü dünyanın qarşılaşdığı problemlər və sınaqları göstərib və gələcək nəslin rifahı naminə iki əsas ideyanın gerçəkləşməsi üzərində işləyəcəyini deyib: insan potensialının inkişaf etdirilməsi və bərabəliyin təşviq edilməsi.

Onun sözlərinə görə, gələcək nəslin daha gözəl dünyada yaşaması üçün hazırkı nəsil çox işlər görə bilər.

"Biz bunun baş verməsi üçün öz öhdəmizə düşən işi görəcəyik, təkcə səni sevdiyimizə görə yox, həm də ona görə ki, gələcək nəslin bütün uşaqları qarşısında mənəvi məsuliyyət daşıyırıq"-Mark Zukerberq

Mark Zukerberq və həyat yoldaşı Prisilla Çan gələcək nəslin qarşılaşa biləcəyi sınaqlara üstün gəlməsinə kömək etmək üçün Çan Zukerberq Təşəbbüsünün (Chan Zukerberg Initiative) yaradıldığını elan edib.

"Bizim əsas diqqət verəcəyimiz sahələr təhsilə özəl yanaşma, xəstəliklərin müalicəsi, insanlar arasında əlaqələrin yaradılması və güclü icmaların qurulması olacaq"-məktubda yazılıb.

Mark Zukerberq bildirib ki, bu missiyanın yerinə yetirilməsi üçün həyatı boyu Facebook şirkətinin payının 99 faizini-təxminən 45 milyard dollar məbləğində vəsait xeyriyyə məqsədlərinə veriləcək.

Facebook təsisçisi və onun həyat yoldaşı, peşəcə həkim Prisilla Çan son aylar təhsil sahəsinə böyük məbləğdə vəsait ianə ediblər. Buraya məktəblərdə sürətli internetin təmin olunması kimi layihələr daxildir. 31 yaşlı Mark Zukerberq məktubunda texnoloji inkişaf və internetin müasir cəmiyyətdə rolunu xüsusi qeyd edib.

Yeni təşəbbüsün detalları Zukerberq və Prisilla Çanın ilk övladlarının anadan olması səbəbilə analıq və atalıq məzuniyyətləri bitəndən sonra məlum olacaq. Facebook kimi böyük korporasiya başçısının atalıq məzuniyyəti götürməsinin özü ABŞ-da nəhəng texnologiya şirkətlərinin icraçı rəhbərləri arasında qeyri-adi addımdır. Lakin Zukerberq yeni missiyasını bütün məsuliyyətini belə görünür öz üzərinə götürüb.

Dünya qarşısındakı sınaqlar və problemlərin həllinə töhfə vermək missiyasına başlaması da Mark Zukerberqin daha böyük ambisiyalarından və dünya səhnəsində daha önəmli rol oynamaq istəyindən xəbər verir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG