Accessibility links

Bundan öncə sabiq dövlət katibi Hillari Klinton öz prezidentlik kampaniyasına start verib

ABŞ prezidentliyinə namizədlərin sayı artır. Respublikaçı senator Marko Rubio sabiq dövlət katibi Hillari Klintonun prezidentlik kampaniyasına start verməsindən bir gün sonra namizədliyini açıqlamağa hazırlaşır.

Kubalı mühacirlərin oğlu olan 43 yaşlı Rubionun namizədliyini rəsmi olaraq Mayami şəhərinin 1960-cı illərdə Fidel Kastro hökümətindən qaçan kubalıların ABŞ rəsmiləri tərəfindən qeydiyyatdan ilk keçdikləri yerdə açıqlayacağı gözlənilir.

Rubionun siyasi kampaniyasının rəsmi reklam videosunun mövzusu “Amerika üçün yeni istiqamət”dir. Videoda Rubionun ABŞ-ın güclü dünya lideri olmasının vacibliyini təbliğ etdiyi və prezident Barak Obamanın siyasətini tənqid etdiyi çıxışlarından qısa parçalar yer alıb.

Marko Rubio 2016-cı ildə keçiriləcək seçkilərdə işirak edəcək üçüncü respublikaçı namizəddir. Digərləri senatorlar Rand Pol və Ted Kruzdur. Viskonsinin qubernatoru Skot Uolker və sabiq Florida qubernatoru Ceb Buşun da namizədliklərini irəli sürəcəyi gözlənilir.

Demokrat partiyasını təmsil edən Hillari Klinton öz siyasi kampaniyasını orta sinfin maraqlarının təmin edilməsinə yönəltdiyini bildirib.

XS
SM
MD
LG