Accessibility links

Ferdinand Markosun Qəhrəmanlar məzarlığında dəfn edilməsi mübahisələrə səbəb olub


Filippinin keçmiş prezidenti Ferdinand Markos rejiminin qurbanlarının qohumları Ali Məhkədən Markosun cəsədinin eksqumasiyasını istəyib.

Qrup onun ölkənin Qəhrəmanlar Məzarlığında dəfn olunmasına icazə verən məhkəmə qərarı ilə bağlı apellyasiya etməyə kifayət qədər vaxtın olmadığını iddia edir.

Qrupun bir üzvü Neri Kolmenares deyib ki, Markos ailəsi dəfni tezləşdirərək Filipin xalqının istəyini nəzərə almayıb.

Qrup bazar ertəsi Ali Məhkəmədən Markos ailəsi və ordunu çoxdan vəfat etmiş prezidenti "tələsik və şübhəli bir şəkildə” dəfn edərək, məhkəmənin göstərişini yerinə yetirməməkdə günahlandırmasını istəyir.

1986-cı ildə Markosun dinc yolla ordu tərəfindən devrilməsində böyük rol oynamış sabiq prezident Fidel Ramos keçmiş liderin ordu tərəfindən idarə olunan məzarlıqda dəfn olunmasını əsgər və veteranların fədakarlıqlarına qarşı “təhqir” adlandırıb.

Bu yaxınlarda Ali Məhkəmə prezident Rodriqo Dutertenin diktatoru həmin qəbiristanlıqda dəfn etmək qərarını təsdiq edib.

Markos 1986-cı ildə qeyri-zorakı “Xalqın Gücü” inqilabı zamanı milyonlarla filippinlinin onun istefasını tələb etmək üçün küçələrə çıxmasından sonra hakimiyyətdən devrilmişdi. Onun hakimiyyəti dövrü kütləvi insan haqları pozuntuları qeydə alınıb.

Bundan əlavə o, həyat yoldaşı İmelda və yaxın dostları ilə birlikdə dövlət xəzinəsindən milyardlarla dollar pul oğurlayaraq, ölkəni iflic vəziyyətinə salan borca düşməsinə səbəb olub. Markos 1989-cu ildə Havay adalarında sürgündə ikən vəfat edib. Dəfn olunmazdan öncə onun cəsədi Filippinin şimalında yerləşən doğma şəhərində xalq üçün nümayiş etdirilmişdi.

Show comments

XS
SM
MD
LG